Page 68 - Patriarxın payızı
P. 68

almağa, bu rәqslәrdәn xoşlandığından vә ümumiyyәtlә,
               avropalıların rәqsindәn xoşu gәldiyindәn danışmağa
               başladı. İlk baxışda sanki sakit idi, dinmәz-söylәmәz bir
               tәrәfdә oturub rәqsә tamaşa edirdi, amma mәn gördüm
               ki, cangüdәnlәrindәn biri altdan-altdan elә hey onun
               badәsini şampanla doldurur. Bir dә gördük, Qusman bu
           QABRİEL QARSİA MARKES  düymәlәrini bir-bir açmağa, sonra hıçqırmağa, aradabir
               qazlı içkidәn qızarıb elә kökә düşdü ki, ağ kitelinin


               gәyirmәyә başladı, sonra lap başını itirdi. Rәqslәr arada
               kәsilәndә, bir dә gördük, yerindәn durub şalvarının
               qabağını açdı vә budu ha, hamını, hәr yeri “sulamağa”
               başladı. Bu qoca әyyaş qadınların ipәk paltarlarını, tovuz
               lәlәyindәn yelpiklәrini, çәkmәlәrini dә islatdı! Mәlum
               mәsәlәdi ki, alәm bir-birinә dәydi, bir haray-hәşir qopdu
               ki, gәl görәsәn. Qusmanınsa heç nә vecinә deyildi,
               camaatın üst-başını islada-islada özü üçün oxuyurdu: “Bu
               mәnәm, üzüdönük sevgilim, qoy bağçanın güllәrinә su
               sәpim... Ah, gözәl güllәr!” Heç kim dә onun yaxasından
               tutub qırağa çәkmәyә ürәk elәmirdi. “Elә mәn özüm dә
               ürәk elәmirdim. Hәrçәnd ki gücüm o biri generallara
               çatardı, amma ikisi birlәşsәydi, ağlım kәsmir ki, әlimdәn
               bir iş gәlәrdi”. Hә, belә-belә işlәr, hәlә onda heç kim
               prezidentin qranit kimi möhkәm olduğunu, hәr şeyin
               mahiyyәtini dәqiq gördüyünü, hamının qarnının
               altındakını bildiyini, beşcә dәqiqәdәn sonra nә edә
               bilәcәyini, sәbrinin vә qәddarlığının hәddini, dahiyanә
               pusub gözlәmәk vә vaxtı çatanda mәhv elәmәk qabiliy -
               yәtini, demәk olar ki, bilmirdi.
                   Hәmin o dәhşәtli gün ona ordu komandiri Narsiso de
               Lopesin anis arağından ölüncә içib tualetdә әcnәbi bir
               zabitә qәmiş olaraq onu tәcrübәli fahişә kimi qeyri-tәbii
               cinsi әlaqәyә mәcbur etmәyini, sonra da acığından, ya
               pәrtliyindәn onu iclas zalına sürütlәyib nizәsiylә,
          68   kәpәnәyi divara yapışdıran kimi, bahar mәnzәrәsi tәsvir
               olunmuş divara pәrçimlәdiyini, bәdbәxt zabitin düz üç
               gün hәmin o divardan asılıb-qaldığını, heç kimin dә
   63   64   65   66   67   68   69   70   71   72   73