Page 70 - Patriarxın payızı
P. 70
yındakı qonaqlığa dәvәt elәdi, senyor! Onlara: “Özümüz
olacağıq, – dedi, – bizdәn, silahdaşlardan savayı heç kim
olmayacaq. Keçmişlәrdәki kimi, silahsız-filansız bir yerә
yığışıb kef edәcәyik. Hamımız birlikdә, süd qardaşları
kimi baş-başa!” Generallar gәldilәr, senyor, sövdәlәş -
diklәri kimi, silahsız-sursatsız banket zalına girdilәr,
QABRİEL QARSİA MARKES otaqda oturmuşdular. Qonaqlar әliboş gәlmәmişdilәr, ona
amma cangüdәnlәrini dә gәtirmişdilәr, onlar qonşu
cürbәcür gözәl hәdiyyәlәr gәtirmişdilәr: “Hamımızı
birlәşdirәn yeganәmizә!” Onun bu dәvәtinә hәtta general
Saturno Santos da gәlmişdi – әfsanәvi Saturno Santos,
heç kimә inanmayan, xainqәlbli xalis hindu oğlu – qış-
yay ayaqyalın gәzәn, hәmişә dә: “әsl kişi ayağının altında
torpağı hiss etmәlidi!” – deyәn Saturno. Hәmin qonaqlığa
elә arandakı oyuğundan çıxıb gәlmişdi… elәcә ayaq -
yalın, üstündә әndәrәbadi heyvan şәkillәri çәkilmiş әcaib
pançoda, hәmişәki kimi dә tәmtәk, mühafizәçisiz, amma
silahlı gәlmişdi; silahı da tәhvil vermәkdәn ona görә
boyun qaçırmışdı ki, dediyinә görә, bu onun üçün döyüş
silahı yox, әmәk alәtidi”. “O mәnә qızılquş bağışladı,
ana, üzbәüz, mәrd döyüşә görә әsl döyüş quşu bağışladı.
Özü ilә arfa da gәtirmişdi, ana… çovğunları yatırdıb
ölkәyә bol mәhsul gәtirәn müqәddәs arfa. O, arfanı sidq-
ürәkdәn, xüsusi bir incәliklә çala-çala yadımıza kövrәk
müharibә illәrini, müharibәnin vahimәli başlanğıcını
saldı, bu xatirәlәr canımıza qoturluq gicişmәsi kimi
yeridi, burnumuza müharibәnin iyi dә gәldi, bizi uzaq
günlәrә çәkib aparan döyüş atı haqqında mahnısıyla lap
ürәyimizin başını sökdü vә hamımız cuşa gәlib xorla,
ürәkdәn oxumağa başladıq: “Körpüdәn gözüyaşlı
qayıtdım...” Onlar içinә gavalı basılan hinduşkanı, qızar -
dılmış qabanı bir göz qırpımında gәvәlәdilәr… yedilәr,
içidilәr, oxudular, içkini şәxsi qumqumalarından içirdilәr,
70 bircә general Saturno Santosdan savayı, o içmir vә demәk
olar ki, yemirdi, çünki hәyatı boyu dilinә içki
dәymәmişdi, yemәyi dә, adәtәn, aclığını öldürmәk üçün