Page 69 - Patriarxın payızı
P. 69

PATRİARXIN PAYIZI

          qorxudan meyitә yaxınlaşa bilmәdiyini mәruzә elәyәndә
          prezidentin gözlәrinә nәhayәtsiz bir kәdәr dolmuş,
          dodaqları ağarmış, qılıncının üstünә qonan incә әli
          titrәmişdi… Əslinә qalanda isә bu hadisәdәn әn az nara -
          hat olan elә prezidentin özü idi, әsas mәsәlә o idi ki, “tәki
          әtrafındakılar birlәşib ona qarşı çıxmasınlar”. Onların
          qalan hәrәkәtlәri isә bir o qәdәr dә әhәmiyyәtli deyildi.
          Bu hәrәkәtlәr gec-tez hamının diqqәtini çәkәcәkdi vә
          gec-tez bu arxadaşlar bir-birini mәhv edәcәkdi. Elә dә
          olmuşdu. Günlәrin bir günü ona xәbәr çatmışdı ki,
          general Xesukristo Sançesi öz şәxsi mühafizәçilәri stulla
          öldürmәyә mәcbur olublar, çünki sәn demә, Sançesi pişik
          dişlәyibmiş vә onu quduzluq tutubmuş. Zavallı Sançes!
          Bunun ardınca daha bir xәbәr yayıldı ki, general Lotario
          Sereno çayda batıb. Deyilәnә görә, çayı atla keçәrkәn
          qәfildәn ata nәsә olub vә yazıq at durduğu yerdә
          kәllәmayallaq aşaraq, general Sereno gözünü açıb-
          yummağa macal tapmamış, suyun dibinә gedib…
          Bәdbәxtliyә bir bax! Bir qәdәr keçmiş, ayrı xәbәr dә
          çıxdı: “General Narsiso de Lopes öz biabırçı homo sek -
          suallığına dözә bilmәyib vә dinamiti bir yerinә soxaraq
          özünü partladıb, mәnim generalım, özü dә tikә-tikә
          olub!” Onların hamısı belәcә bir-birinin ardınca gedir, o
          isә kәdәrli üzüylә hәr biri üçün: “Yazıq!” – deyirdi vә heç
          kimin ağlına belә gәlmirdi ki, bütün bu qәfil ölümlәr
          bilavasitә onun gizli әmriylә hәyata keçirilir. Hәr ölәn
          haqqında rәsmi xәbәrlәrdә isә hörmәtlә mәlumat
          verilirdi: “Vәzifә borcunu yerinә yetirәrkәn hәlak olub”.
          Hәr biri dә xüsusi tәntәnә ilә milli qәhrәmanların qәbiris -
          tanlığında dәfn edilirdi. “Qәhrәmansız vәtәn qapısız ev
          kimi bir şeydir, senyor!”
             “Müharibә illәrinin od-alovundan onunla çiyin-çiyinә
          keçәn generallar dan bütün ölkәdә cәmi altısı qalanda isә
          onların hamısını – ağac spirtini barıtla qarışdırıb içәn әn  69
          tәhlükәli vә xәbis general Xasinto Alqarabia da daxil
          olmaqla – bir nәfәr kimi öz ad gününә, prezident sara -
   64   65   66   67   68   69   70   71   72   73   74