Page 73 - Patriarxın payızı
P. 73

PATRİARXIN PAYIZI

          qocalarını, xәstәlәrini ipdәn hörülmüş hәsirlәrә qoyub
          aparırlar... Bu adam özünü “övliya” elan elәmişdi deyә
          camaat onun ardınca gedirdi vә prezident әlini alnına
          vurub: “Bu ki odur, lәnәt şeytana! Bu ki Santosdur!” –
          dedi. Bu doğrudan da, Saturno Santos idi, sehrli arfasında
          çala-çala dolanır, özünü övliya elan edib, etimadını
          qazan dığı adamların hesabına yaşayırdı... Bu, o idi…
          dilәnçi kökündә, cırıq pançoda vә nimdaş fetr şlya -
          pasında qaşqabaqlı sifәtiylә adamların arasıyla addım -
          layırdı… hәmin bu miskin görünüşü ilә dә belә qorxunc
          görünürdü...
             Santosu әlә keçirmәk elә dә asan mәsәlә deyildi;
          hәmin müdhiş gecә o, qonaqlıqdan qaçarkәn onu tutmaq
          istәyәn qarovulun әn cәsur, çevik әsgәrlәrinin üçünü dә
          bircә hәmlәyә başsız qoymuşdu… odur ki prezident,
          qatarı qәbiristanlığı xatırladan bu hüznlü çöldә, övliyanın
          başına yığışmış camaatın yanında saxlamağı әmr elәdi,
          milli bayraq rәnginә boyanmış qatardan prezidentin
          әlisilahlı mühafizәçilәri sıçrayanda camaat göz qırpı -
          mında dağılışdı, әfsanәvi arfasının böyründә oturan
          Saturno Santosdan savayı, ortada bircә adam belә
          qalmadı... Saturnonun әli qılıncının dәstәyini sıxır, bәrәl -
          miş gözlәri prezident vaqonunun girәcәyinә zillәnmişdi...
          o, vaqonun qapısında peyda olan orden-medalsız hәrbi
          sәhra mundirli, silahlı adamı – öz qan düşmәnini görәndә
          heyrәt içindә donub-qaldı... “Bu adam o qәdәr qoca, o
          qәdәr yad idi, elә bil biz yüz ildi görüşmürdük, mәnim
          generalım!” Prezident Santosun gözünә yorğun vә tәnha,
          qaraciyәrinin şıltaqlığından saralmış dәrisi vә sulu
          gözlәriylә xәstәhal görünsә dә, onun qoca vücudunu
          saran qәribә hökmranlıq dalğasının olduğu kimi qaldığını
          da tutmuşdu. Hәmin bu dalğanı prezident, bu sayaq
          dalğaların digәr sahiblәrinin – bircә-bircә mәhv elәyib
          öldürtdürdüklәrinin hesabına yığıb toplamışdı, odur ki  73
          general Saturno Santos da artıq ölmәyә hazır idi,
          hakimiyyәt ehtirasıyla yanan bu qocanı heç nәyin vә heç
   68   69   70   71   72   73   74   75   76   77   78