Page 74 - Patriarxın payızı
P. 74
kimin saxlaya bilmәyәcәyini anlayıb müqavimәt göstәr -
mәk fikrindәn birdәfәlik vaz keçmişdi; lakin prezident
Santosa öz әlini – manterayya bәdәni kimi yumru vә
1
yastı ovuclu әlini uzadıb: “Allah kömәyin olsun, vәtәnin
şanlı oğlu!..” – demişdi, çünki yaxşı bilirdi ki, qәddi
әyilmәyәn qürurlu düşmәnә qalib gәlmәyin yeganә yolu –
QABRİEL QARSİA MARKES onun qarşısında diz çöküb ayağının altındakı torpağı
ona dostyana uzadılan әldir vә general Saturno Santos da
öpәrәk: “İcazә verin, әlim silah tutanacan sizә sidq-ürәklә
vә inamla xidmәt edim, mәnim generalım!” – deyә
söylәmişdi. Yalnız bundan sonra prezident onu öz yanına
xidmәtә götürmüşdü, şәxsi mühafizәçisi tәyin edib belә
bir şәrt qoymuşdu ki, Santos heç vaxt arxasında dayan -
mamalıdı.
O, stolüstü oyunlarını da Saturno ilә birgә, dördәlә
oynaya-oynaya, dövlәt xәzinәsiylә qaçıb gәlәn dikta -
torları udmağa başlamışdı, bәdәni heyvan iyi verәn
ayaqyalın Santosu öz karetindә gәzdirir, özü ilә hәr yerә –
diplomatik qәbullara belә aparırdı, Saturnonun bәbir iyini
andıran qorxunc qoxusundan itlәr dә hürküb kәnara
çәkilir, sәfirlәrin xanımlarının halı xarab olurdu. O,
yuxusunu qorumağı belә Santosun ixtiyarına verib onu
öz yataq otağının qapısı ağzında yatırdırdı, özü isә tәnha
gecәlәr kiminsә lap yaxınlıqda yatdığından rahatlanır,
onu hәdsiz qorxudub әziyyәt verәn, yuxularına girib
tәkbәtәk, üzbәüz dayanan adamlardan belәcә qoru -
nurdu… Prezident uzun-uzadı illәr – Santos podaqra
xәstәliyindәn yatağa düşüb, әlindәki arfası susana qәdәr,
onun ayaqlarına yıxılıb: “Öldürün mәni, general! Bircә
sizin buna haqqınız var!..” – deyәnә qәdәr, bir az aralıda
da olsa, öz yanında saxlayırdı, sonra da babat tәqaüd
kәsib, sәdaqәtli xidmәtinә görә döş nişanı ilә tәltif
edәrәk, son mәnzilinә qovuşmaqdan ötrü, anadan olduğu
74 düz әnliyә göndәrmişdi vә hәtta Santos olan-qalan
1 Manterayya – “dәniz ilbizi” balığı