Page 78 - Patriarxın payızı
P. 78

“Heç nә olmaz!” – deyirdi; qalan boş vaxtlarını isә әziz
               dostu general Rodriqo de Aqilarla vә yerlisi olan sәhiyyә
               naziri ilә saysız-hesabsız domino oyunlarına sәrf elәyirdi.
               Tәkcә bu iki nәfәr ona kiminsә hәbsdәn buraxılması, ya
               kiminsә ölüm hökmünün lәğv edilmәsi barәdә ürәk
               elәyib ağız aça bilәrdi. Gözәllik ilahәsi Manuela Sançesi
           QABRİEL QARSİA MARKES  mişdi...
               qәbul elәmәyi dә tәkcә bu iki nәfәr ondan xahiş elә -


                   Manuela Sançes sadә xalq içindәn çıxmış gözәl bir
               qız idi. Onu it döyüşdürülәn mәhәllәnin üfunәt bataqlığı
               içindә bitmiş ecazkar gülә bәnzәtmәk olardı. Bu mәhәl -
               lәnin itlәri bir-biriylә yola getmir, bir dәqiqә dincәlmәk
               bilmәdәn gecә-gündüz elә boğuşurdular ki, milli
               qvardiyanın әsgәrlәri belә bu tәrәflәrә ayaq basmağa ürәk
               elәmirdi... Qvardiyaçılar bir dә ona görә bura gәlmәyә
               çәkinirdilәr ki, bu mәhәllәyә ayaq basanların bir göz
               qırpımında soyulmağından, maşınlarının sökülüb hissә-
               hissә daşınmağından xәbәrlәri vardı. Bu elә bir mәhәl -
               lәydi ki, içindә әtli-canlı bir eşşәk azsaydı, oradan eşşәyin
               әvәzinә bir çuval sümük çıxardı. İt döyüşdürülәn
               mәhәllәnin yolları o qәdәr dolama-dolaşıq idi ki, baş
               çıxarmaq olmurdu vә hәmin bu dolama-dolaşıqlığın
               içindә neçә-neçә dövlәtli ailәnin uşaqları yoxa çıxmışdı.
               “Orada onları öldürüb qızardırlar, mәnim generalım,
               sonra da bazara aparıb qızardılmış kolbasa yerinә
               satırdılar, tәsәvvür elәyirsiz?!” Manuela Sançes –
               gözәllik ilahәsi Manuela Sançes dә mәhz hәmin bu
               mәhәllәdә doğulub boya-başa çatmışdı. Zibillik
               bәnövşәsi! “Bu qızın gözәlliyi bütün ölkәni sarsıdıb,
               mәnim generalım!” Bu söhbәt generalı elә maraqlan -
               dırmışdı ki, o: “Doğrudan, elә qeyri-adi gözәldirsә, onda
               mәn nәinki onu qәbul edәrәm, onunla bir vals da
               oynayaram, – demişdi. – Cәhәnnәmә, qoy qәzetlәr nә
          78   yazırlar yazsın, belә şeylәr qara camaatın xoşuna gәlir”.
               Lakin hәmin axşam – Manuela Sançesi qәbul elәyәndәn
               sonra Rodriqo de Aqilara general açıq tәәssüf hissi ilә
   73   74   75   76   77   78   79   80   81   82   83