Page 79 - Patriarxın payızı
P. 79
PATRİARXIN PAYIZI
bildirmişdi ki, kasıbların bu tәrifli kraliçası Allahın bir
valsına da dәymәz, demişdi ki, bu, vur-tut it döyüş -
dürülәn mәhәllәdә yaşayan yüzlәrlә Manuela Sançesdәn
biridi, adi, ortabab bir qızdı: “Büzmәli ipәk paltarıyla,
saxta daşlı qızılı tacıyla, әlindәki qızılgülüylә bir yerdә!..
İtaparan olsun, dediklәrini dә elәdim. İki şey xahiş
elәmişdi mәndәn: mәhәllәlәrinә su da çәkdirdim, işıq da.
Amma dedim ki, yanıma bir dә xahişlә-filanla gәlmәsin.
Sümsük adamlardan zәhlәm gedir. Bu cür ütüklәrlә heç
danışmaq düzgün deyil!” O bunu deyib domino partiyası
başa çatmamış ayağa qalxmışdı, qapını çırpıb çıxmışdı,
saat sәkkizi vuranda isә fermada peyda olmuşdu, inәklәrә
yem verib quru tәzәklәri saraya daşımağı әmr elәmişdi,
sonra şam yemәyinә yollanmışdı vә adәti üzrә, әlindә
nimçә, var-gәl elәyә-elәyә, qızardılmış әtlә lobya, düyü
vә platan yarpaqlarından hazırlanmış salatını yeyә-yeyә
sarayda hәr şeyin yerli-yerindә olduğunu yoxlamağa,
saray darvazalarının keşiyindәn tutmuş yataq otağının
qapısında duran qarovulacan hamını bir-bir saymağa
başlamışdı: bilәndә ki onların sayı lazım olan qәdәr – on
dörd nәfәrdir, onda şәxsi qarovulun yerindә olub-olma -
dığını da yoxlamışdı vә qarovulun sarayın birinci
girişindә domino vurduğunu görüb qızılgül kollarının
altında yatan cüzamlı xәstәlәrә, pillәkәnlәrdә yuxuya
gedәn ifliclәrә dә baş çәkmişdi, sonra şam yemәyini açıq
pәncәrәlәrdәn birinin mәhәccәrinә qoyub özünü yarı -
qaranlıq, üfunәtli qadın yataqxanasına salaraq üç qadının
öz biclәriylә yatdığı çarpayıya yaxınlaşmışdı, özünü bu
üfunәtli bәdәn yığnağının arasına soxub ona mane olan
iki başı vә üç cüt ayağı qırağa itәlәyәrәk arvadlardan
birini qamarlamışdı vә nә generalın çәnginә keçәn qadın,
nә dә onun yanında yatan uşaqları yuxudan ayılmışdılar,
aradabir qonşu çarpayıdan yuxulu qadının sәsi eşidil -
mişdi: “Bir az yavaş, mәnim generalım, elә fısıl damayın, 79
uşaqlar qorxar”. Bundan sonra o, saraya qayıt mışdı,
iyirmi üç pәncәrәnin iyirmi üçünün dә cәftәlәrini bir-bir