Page 77 - Patriarxın payızı
P. 77

PATRİARXIN PAYIZI

          olunsalar da, heç birinin tikintisi başa çatdırılmır, amma
          hay-küyü çox olurdu, senyor”. O dövrlәr onun belә bir
          adәti dә vardı ki, dövlәt şurasının üzvlәrini sarayda yox,
          siesta saatlarında – ana sının tamarind budaqları arasında
          itib-batan malika nәsindә toplayırdı, әtrafına yığışıb öz
          mahud cüb bәlәrindә istidәn buğlanan bu seyrәk bığlı
          boşbo ğazları, sellüloid yaxalıqlarında boğulan zәhlә -
          sigetmiş çәrәnçi nazirlәri yellәncәkdә gözüyumulu
          uzanıb yellәnә-yellәnә, üzünü şlyapasıyla yellәyә-yellәyә
          dinlәyirdi. Nazirlәr hey zәvzәyir, o isә onların danışıq -
          larını hәyәtdә toyuqların ardınca cuman xoruzların
          qanadlarının şappıltıları içindә әridә-әridә, qonşuluqda
          nәfәs dәr mәdәn: “Susanna, yanıma gәl, Susanna!”
          oxuyan qram mofonun sәsinә, cırcıramaların cırıltısına
          qulaq asa-asa mürgülәyirdi. Bunu görәn nazirlәr hörmәtlә
          sәslәrini kәsәrәk: “Sakit, general yuxuya getdi!..” –
          pıçıldayıb aradan çıxmaq istәyәndә isә o, xorultusunu
          kәsmәdәn, gözünü açmadan: “Davam edin, eşidirәm!” –
          deyirdi vә onlar general siesta saatının canüzәn
          mürgüsündәn ayılıb: “Boş söhbәtlәrdi, aranızdan cәmi
          bircә nәfәr ortaya iş qoydu: o da sәhiyyә naziri, mәnim
          yerlim. Hә, daha ayrı sözünüz yoxdu ki? Di dağılışın,
          boşboğazlıq qurtardı” – deyәrәk iclası yekunlaşdıranacan
          sözlәrinә davam edirdilәr. Ən zәruri dövlәt mәsәlәlәrini
          isә o, şәxsi kömәkçilәri ilә – nahar vaxtı, bir әlindә
          nimçә, o biri әlindә qaşıq, otaqda var-gәl elәyә-elәyә
          müzakirә edirdi, bir çox mәsәlәlәri isә yolüstü, mәsәlәn,
          pillәkәni çıxa-çıxa hәll elәyirdi, bәzәn dә heç hәll
          elәmirdi, elә öz-özünә: “Nә istәyirsiniz edin, onsuz da
          buranın yiyәsi mәnәm”, – deyә-deyә ötüb gedirdi vә elә
          bil heç marağında da deyildi ki, onu sevirlәr, yoxsa yox,
          bu barәdә söz düşәndә üzünü turşudub: “Boş şeydi”, –
          deyirdi; tez-tez müxtәlif ictimai tәdbirlәrdә görünür,
          qırmızı lentlәri hәr yerdә özü kәsir, әn tәhlükәsiz     77
          vaxtlarda belә çәkinib getmәdiyi yerlәrә gedir, canını
          tәhlükәlәrә mәruz qoya-qoya özünü camaata göstәrirdi:
   72   73   74   75   76   77   78   79   80   81   82