Page 83 - Patriarxın payızı
P. 83

PATRİARXIN PAYIZI

          liman qalasından sәs verildi… bu sәsә San-Xeroni -
          modakı şeypurlar da qoşuldu. Sübh şeypurları bütün ölkә
          boyu eşidildi… şәhәr oyanmağa başladı… üst-üstә
          yığılan silahlar hәyәcan içindә әsgәrlәrә paylandı,
          qızılgüllәr sübh şehi düşmәmişdәn iki saat әvvәl açıldı,
          saray qulluqçuları döşәmә әsgilәrinin tozunu ulduzlu
          göyün altında çırpdılar, qәfәsdә mürgülәyәn quşlara yem
          verildi, solmağa macal tapmayan güllәr atılıb yerinә elә
          onlar kimi tәzәlәri qoyuldu, daşyonanlar tәlәm-tәlәsik
          divar hörә-hörә, hәr pәncәrәyә qızılı kağızdan kәsilmiş
          günәşlәr yapışdırdılar; bu yalançı günәşlәri pәncәrәlәrә,
          adәtәn, günün günortaçağı vururdular, lakin göy hәlә dә
          qaranlıq idi, tәqvim hәlә dә istirahәt gününü göstәrirdi,
          bazar ertәsinin sübh şәfәqi hәlә aprel dәnizinә
          toxunmamışdı, gecә hәlә bitmәmişdi, lakin camaşırxana
          müdirlәri – qaraqışqırıqçı çinlilәr artıq paltardaşıyanları
          yuxudan oyadıb küçәlәrә itәlәyәrәk çirkli döşәküzülәrini
          yığmağa göndәrdilәr, kor falçılar fal açır, mәmurlar
          stollarının gözlәrindә toyuqların qoyduğu yumurtaları
          tapıb çıxarır, küçәlәr başlarını itirib oyan-buyana qaçan
          adamlarla dolur, dövlәt şurasının fövqәladә müşavirәlәri
          keçirilәn otaqda – stolların altında saray itlәrinin
          hәrgünkü boğuşması başlayırdı… Onu isә heç nә
          tәәccüblәndirmәdi, gözlәri, gözlәnilmәdәn açılan sәhәrin
          sübh şәfәqindәn qamaşa-qamaşa, bir-birinә macal
          vermәdәn onu “sübhü yaradan”, “zamanın hökmdarı”,
          “günәş şәfәqlәrinin mühafizәçisi” kimi vәsf edәn
          yaltaqların müşayiәti ilә iclas zalına yollandı. General
          qәrargahının zabitlәrindәn biri onun qabağını kәsib tәzim
          edәrәk saatın sәkkizi yox, dördә beş dәqiqә işlәdiyini
          göstәrdiyi barәdә hesabat verәndә zabitin qulağının
          dibinә yağlı şillә ilişdirib, sәsi bütün ölkәni başına götürә-
          götürә: “Saat sәkkizdir, lәnәt şeytana! Sәkkiz!” – deyә
          çığırdı, günorta saat üçdә anası Bendisyon Alvaradonun  83
          gözdәniraq malikanәsinә gәlәndә vә anası onun halını
          görüb tәәccüb içindә: “Sәnә nolub? Əqrәb vurub?
   78   79   80   81   82   83   84   85   86   87   88