Page 64 - Patriarxın payızı
P. 64
razı!” “Bәs çәrpәlәng? Göyә çәrpәlәng buraxmaq olar?” –
“Olar!” O, qәsbkarların yasaq etdiyi bütün әylәncәlәri
yenidәn bәrpa etdi, qadağaları lәğv etdikcә isә öz
hökmranlığının әzәmәtini duydu; sonradan görәndә ki
onun bir sözünü iki elәyәn yoxdu, hakimiyyәti doğrudan-
doğruya tәkbaşına idarә edir, ilk növbәdә, milli bayrağın
QABRİEL QARSİA MARKES zolağı yuxarıda yerlәşdirdi, dövlәt gerbindәki frakiya
zolaqlarının yerini dәyişib yuxarı zolağı aşağıda, aşağı
papağını isә başıaşağı çevrilmiş әjdahayla әvәz elәmәyi
әmr etdi. “Ona görә ki biz artıq xaltasızıq, ana! Yaşasın
taun!”
Xarici qәsbkarlar ölkәdәn çıxıb gedәnәcәn keçir -
diklәri miskin hәyat – biabırçı asılılıq vә kasıblıq, hәtta
aradabir dilәnçi vәziyyәtinә düşmәlәri heç cür Bendisyon
Alvaradonun yadından çıxmır, Patrisio Araqonesin
ölümüylә qurulan tamaşadan sonra – oğlu tabutdan
xortlayıb üsyanı yatırtdıqdan sonra da, oğlu ilә bir bolluq
vә uğur dәnizindә üzәndә dә Bendisyon Alvarado yenә
ehtiyac içindә yaşadıqlarından şikayәtlәnirdi. O günlәr,
әvvәl-әvvәl heç nә sezmәyәn bu qadın onu dinlәmәyә
hövsәlәsi çatanlara prezidentin anası ola-ola bu cındır
tikiş maşınından savayı heç nәyi olmadığından, oğlunun
müflis vәziyyәtindәn gileylәnirdi: “Siz onu faytonda
görürsünüz, senyor, onu mәşәllәrlә müşayiәt edirlәr,
amma yazıq balamın qәbiristanlıqda ovuc boyda yeri belә
yoxdu, ayağını uzadıb ölmәyә özünә bir qarış torpaq da
almayıb balam. Bu da işdi, senyor? Bu qәdәr әllәş-vuruş,
bu da axırı...” Bir qәdәrdәn sonra isә arvad daha oğlunun
dәrdlәrindәn söz açmırdı, çünki oğlu daha öz dәrdlәrini
anasıyla bölüşmür, ona heç nә barәdә danışmır, әvvәlki
kimi aradabir vaxt tapanda yanına qaçıb dövlәt işlәrindә
qurduğu kilkәli torlardan, gizli sirlәrindәn söz açmırdı.
Ümumiyyәtlә, qәsbkarlar ölkәdәn çıxıb gedәndәn sonra
64 oğlu çox dәyişmişdi, hәrdәn Bendisyon Alvaradoya elә
gәlirdi ki, oğlu ondan da qocadır, elә bil oğlu hansı
möcüzәylәsә vaxtı qabaqlayır. Axır vaxtlar isә hiss elә -