Page 36 - Patriarxın payızı
P. 36
yalayırlar, ciblәrindә isә top-tüfәng gәzdirirlәr. Əslindә,
bu sәmimiyyәtimә görә mәnә tәşәkkür etmәlisiz, mәnim
generalım, sizin ki yazığınız gәlәn yeganә adam mәnәm,
elә sizә dә bu dünyada mәn qәdәr heç kimin yazığı gәlә
bilmәz: çünki taleyin hökmü ilә, demәk olar, elә mәn dә
sizin özünüzәm – axı mәn sizin әkiz tayınızam! Odur ki
QABRİEL QARSİA MARKES rindә saxlayıb gizlәdiklәrini bütün sәmimiyyәtim lә sizә
o birilәrin ürәk elәyib sizә deyә bilmәdiklәrini, içәrilә -
deyirәm. Mәsәlә burasındadır ki, mәnim generalım, siz -
dәn prezident çıxmaz, elә әslindә dә heç kim sizi qanuni
prezident hesab elәmir. Sizi prezident kreslosunda
ingilislәr oturdub, onlardan sonra amerikalılar zirehli
gәmilәrindәn atdıqları bir cüt dağıdıcı yumurtayla
dәstәklәyiblәr sizi. Axı bütün bunları gözümlә görmü -
şәm, axı hәr şey yadımdadı. Qrinqo üstünüzә çımxırıb:
“Qurtardı! İndi bu murdar fahişәxanada tәmtәkcә qal!
Görәk, bizsiz neylәyәcәksәn?!” – deyәndә qorxudan
başı n ızı itirib böcәk kimi ora-bura qaçan siz deyild inizmi?
Vә o vaxtdan kreslodan ona görә düşmәdiniz, düşmәk
fikriniz dә ona görә olmadı ki, sizin üçün bu, sadәcә,
mümkünsüz bir mәsәlә idi. Qorxu! Mәsәlә burasındadı.
Boynunuza alın, mәnim generalım, gözәl bilirsiniz ki,
küçәyә adi adam kimi çıxsanız, camaat üstünüzә quduz
it tәki atılıb Santa-Mariya-del-Altardakı kütlәvi qırğının,
qala zindanındakı canavarlara çiy әt yerinә diri-diri atılan
dustaqların, yerdә qalanların gözünün odunu almaq
mәqsәdilә diri-diri dәrisi soyulub ailәlәrinә göndәri -
lәnlәrin әvәzini çıxacaqlar...” Patrisio Araqones belәcә
uzun-uzadı danışa-danışa, ötüb-keçmiş incikliklәr kisә -
sindәn bir-birinin ardınca saysız-hesabsız, dәhşәtli
xatirәlәr çıxardıqca elә bil bu murdar rejimin qurban -
larının ruhuna dua oxuyurdu. Qәfildәn o susdu… elә bil
qızmar yaba ilә içalatını oydular, ürәyi az qaldı dayana…
36 sonradan özünә gәlib asta-asta, tәhqirsiz-filansız, yalvarış
dolu sәslә sözünә davam elәdi: “Mәnim generalım... bu
gözәl mәqamı әldәn buraxmayın, mәnimlә birgә ölün...