Page 30 - Patriarxın payızı
P. 30

olmadığına camaatda şübhә oyandıracağını ağlına belә
               gәtirmirdi. Bәzilәri onun, hәtta letargiya yuxusuna
               getdiyindәn şübhәlәnmәyә dә başlamışdılar. Qarovulun
               iki dәfә çoxaldılmasına, prezident sarayına heç kimin
               girib-çıxa bilmәmәsinә baxmayaraq deyirdilәr ki, guya
               kimsә sarayın içinә düşә bilib vә guya orada içi ölü quşlar
           QABRİEL QARSİA MARKES  qızılgül kolları arasında yatan cüzamlı, iflic xәstәlәri
               dolu qәfәslәri, müqәddәs çәndәn su içәn inәklәri, әtirli


               görüb... Onda bütün mәmlәkәt dәrin sükut içindә don -
               muş, günortadan sonra sübhün açılacağını gözlәmәyә
               başlamışdı. Çünki falçının suyla dolu lәyәnә baxıb dediyi
               kimi, onun öz әcәli ilә, öz yorğan-döşәyindә yuxuda
               öldüyü barәdә şayiәlәr gәzmәyә başlamışdı vә deyirdilәr,
               guya yüksәkrütbәli mәmurlar bu ölüm xәbәrini,
               aralarında olan bәzi qanqoxulu mәsәlәlәri hәlә ayırd edә
               bilmәdiklәri sәbәbdәn gizlәdirlәr.
                   General yaxın günlәrdә taleyindә nә isә baş verәcә -
               yini hiss etsә dә, bu sayaq söhbәtlәrә әhәmiyyәt vermirdi.
               Hәrdәnbir әvvәli-axırı bilinmәyәn domino oyununu
               yarımçıq kәsib, general Rodriqo de Aqilardan: “Dostum,
               vәziyyәt, ümumiyyәtlә, necәdir?” soruşanda  vә o, cava -
               bında: “Hәr şey öz әlimizdәdir, mәnim generalım, ölkәdә
               sakitlikdir”... – deyәndә dә o, canına yeriyәn qorxu dan
               azad ola bilmir, sarayın, mal tәzәyindәn qalanan qaramat
               ocaqlarında, bu ocaqların әfi dillәrindә nә isә daha
               qaramat әlamәtlәr axtarır, öz taleyini görmәk üçün suyu
               çәkilmiş köhnә quyuların dibindә gәzir, oralarda da heç
               nә tapmayanda hәyәcandan titrәyә-titrәyә anası
               Bendisyon Alvaradonun yanına – bir vaxtlar hәyәtindә
               bitәn tamarind ağaclarının sәrin kölgәsindә yellәnә-
               yellәnә tәmiz hava udduğu evlәrinә yollanırdı. Qoca
               olmasına baxmayaraq da, hәyat eşqiylә alışıb-yanan anası
               da köhnә yellәncәkdә yanaşı oturub, tәmiz havadan uda-
          30   uda onunla bir yellәnir, yan-yörәsindә hәrlәnәn toyuq-
               cücәni, tovuz quşlarını qarğıdalı toxumu ilә yedirdir, o
               ağ, hörmә kreslosuna yayxanıb şlyapasıyla üzünü
   25   26   27   28   29   30   31   32   33   34   35