Page 28 - Patriarxın payızı
P. 28
Anası yeganә adam idi ki, ona qoltuğundan tәr iyi
gәldiyini deyә bilәrdi. Siesta saatlarından sonra o,
iqamәtgaha dünyadanrazı ovqatda – yuxuda gördüyü
möcüzәli Qәraib baharından, yanvar әmәkömәcisindәn
doyub-sakitlәşmiş halda qayıdırdı. Belә vaxtlarda Roma
1
papasının nunsisi , yәni Vatikanı tәmsil edәn nümayәndә
QABRİEL QARSİA MARKES onun yanına gәlir, bir fincan şokoladla peçenye yeyә-
ilә dә dil tapa bilirdi. Sәfir tez-tez, çox vaxt axşamüstülәr
yeyә bizim generalı katolik kilsәsinin ağuşuna qay -
tarmaq, onu yenidәn xristianlığa qovuşdura bilәcәk
möv zularda kövrәk söhbәtlәr aparırdı. General isә gül -
mәkdәn uğuna-uğuna: “Əgәr Allah-tәala siz deyәn kimi
böyükdürsә, onda xahişimi ona çatdırın ki, mәni o
qulağagirәn murdar ilbizdәn uzaq elәsin, – deyirdi. Sonra
köynәyini yuxarı siyirib qarnını göstәrә-göstәrә: – Qoy
bu artıq havanı içimdәn çıxarıb canımı köpdәn qurtarsın”, –
deyә әlavә edirdi. Lakin papa inadından dönmür, dedi -
yindәn әl çәkmir, dönә-dönә hәr şeyin Allah tәrәfindәn
yaradıldığını, bütün mövcud ali dәyәrlәrin müqәddәs Ali
Ruhdan törәndiyini israr edirdi. General isә yenә әvvәlki
mәzә ilә ona: “Barıtı boşuna işlәtmәyin, müqәddәs ata, –
deyirdi. – Mәnә ağıl vermәyin mәnası yoxdur, mәn onsuz
da elә siz deyәni elәyirәm, daha nә istәyirsiz?” Onun
hәmin bu yorğun körfәz kimi sakit qәlbi xoruz döyüşünә
baxmaq üçün yollandığı uzaq bir şәhәrdә birdәn-birә
riqqәtә gәlmişdi. Döyüşlәrin birindә vәhşi lәşmiş xoruz
öz rәqibinin başını boğazından qoparıb lәzzәtlә
dimdiklәmәyә, sәrxoş orkestr qalibin şәrәfinә çaldığı
tәntәnәli tuşu axıra çatdırmamış hamının gözü qabağında
yemәyә başlamışdı. General döyüş meyda nında baş
verәn bu hadisәni bәd bir әlamәt kimi, onun öz başına
gәlә bilәcәk hansısa pis hadisәyә incә işarә kimi
yozmuşdu. O bunu bir anın içindә duymuş, sümsü çalan
28 musiqiçini hәbs elәmәyi әsgәrlәrә әmr etmişdi. Musi -
1 Nunsi – Roma papasının nümayәndәsi