Page 23 - Patriarxın payızı
P. 23

PATRİARXIN PAYIZI

          hamına qarışıb, kütlәnin hay-küyünü batıran hiddәtli
          musiqi sәdaları altında lotereya biletlәrindәn hörülәn
                                                    1
          çәlәnglәri, içi çaxır dolu arabaları, iri iuqana yumurtası
          tәpәlәrini, günün altında ağara qalan türk piştaxtaları,
          valideynlәrinin sözündәn çıxdığına görә әqrәbә çevrilmiş
          gәnc qızın vahimәli portretini, şәbәkәli taxta balkonlara
          sәrdiklәri pal-paltarları quruyanacan piştaxtaların
          qabağına lüt-üryan çıxıb göyәrtisatanlarla latayır küçә
          söyüşü ilә söyüşәn dul qadınların küçәboyu sıralanan
          miskin komalarını gördü. Sonra ha tәrәfdәnsә prezidentin
          üzünә çürümüş balıqqulağı iyi vurdu vә o lap uzaqlardan
          gözqamaşdıran işıqlı göylә süzәn qutan quşu qatarını,
          limanın lap girәcәyindә tәpәlәrin üzәriylә sıralanan
          rәngbәrәng zәnci komalarını gördü: budur, bu da liman!
          Ah, liman! İylәnmiş nәm taxtalarla döşәnmiş liman!
          Prezident bunu düşünürdü ki, elә bu vaxt karet az qala
          limanı gözdәn keçirәn kәdәrli qocanın simasında ölümün
          özünü görmüş kimi ürküb yerindә sәndәlәyәn zәnci
          qadını vuracaqdı... “Bu odur! – zәnci qadın heyrәtlә
          qışqırdı. O özüdür! Əsl kişiyә eşq olsun!” Vә kişili-qa -
          dınlı, böyüklü-kiçikli hamı “eşq olsun!” – deyә çığırışa-
          çığırışa dükanlardan, qәlyanaltıxanalardan çıxıb karetin
          başına yığışdılar. “Eşq olsun! Eşq olsun!” – deyә adam -
          ların bir qismi qızmış atların cilovundan tutub saxlayır,
          digәrlәri rәhbәrin әlini sıxmaq üçün karetin üstünә
          dırmaşırdılar; coşmuş kütlә onun başına elә bir qeyri-
          iradi axınla, elә sürәtlә yığışdı ki, o, böyründә tapançanın
          tәtiyini çәkәn yavәrinin әlini güclә saxladı: “Adam
          qorxaq olmaz, leytenant. Onlar mәni sevir, mane olma -
          yın!” Son günlәrin tәsirli tәәssüratlarından vә bu sevgi
          bayramından hәyәcanlanmış prezidenti general Rodriqo
          de Aqilar da açıq karetdә gәzmәk fikrindәn döndәrә
          bilmirdi; “Qoy vәtәn övladları mәni doyunca görsün!
          Heç bir tәhlükә-filan yoxdur, boş verin!” Lakin o, tәsәv -  23

          1  İuqana – iri kәrtәnkәlә
   18   19   20   21   22   23   24   25   26   27   28