Page 20 - Patriarxın payızı
P. 20
cildindә iştirak etmәli olurdu; özü dә bütün bunları
tamahkarlığı ucbatından, yaxud hansısa daxili ehtiya -
cının, ya inamının diktәsi ilә elәmirdi; Patrisionun,
sadәcә, seçmәk imkanı yox idi: ya aya beş yüz peso alan
riyakarın şahlıq hәyatı, ya dar ağacı; daha burada
burcutmağın yeri yox idi. Lakin günlәrin bir günü,
QABRİEL QARSİA MARKES vәziyyәtdә, әtirli jasmin kollarını qәm-qüssә içindә
axşam çağı ağası Patrisio Araqonesi dәnizin sahilindә pәrt
iylәyәn yerdә tapmışdı; bundan narahat olub onu
kәdәrlәndirәn hansı hadisәnin baş verdiyini, bәlkә, nahar
vaxtı kiminsә onu acıladığını, yaxud, bәlkә, gözә
gәldiyini soruşanda Patrisio Araqones: “Heç dә yox,
mәnim generalım, vәziyyәt daha qәlizdi!” – deyә cavab
vermişdi vә mәlum olmuşdu ki, Patrisio şәnbә günü
karnaval ilahәsinin başına tac qoyandan sonra onunla
birinci valsı oynayıb, indi isә bu xatirәni qarnına, ya
harasınasa soxub gizlәtmәk, quyunun dibinә basdırmaq,
ya bu xatirәdәn qaçıb gizlәnmәk üçün bir qapı, bir yol
ona görә tapa bilmir ki, “o ilahә dünyanın әlә düşmәyәn,
yuxulara belә girmәyәn gözәllәrindәndir, canlara
dәyәndir, mәnim generalım! Siz onu görsәydiniz?!”
Onda general dәrindәn nәfәs dәrib, arvada görә bu kökә
düşmәyin mәnasız olduğunu ona izah etmişdisә dә,
Patrisioya, qadın ehtiyacını ödәmәk üçün hәmin o gözәli
oğurlamağı da tәklif etmişdi; o özü dә hәmin әlә
gәlmәyәn gözәllәrdәn çox oğurlamışdı vә sonralar hәmin
gözәllәr onunla mәmnuniyyәtlә yaşamışdılar. “Mәn onu
sәnin yatağına saldıraram, – general demişdi, – dörd
әsgәr әllәrindәn vә ayaqlarından tutub saxlayar, sәn dә
onun dadına, әn yekә qaşıqlarla doyunca baxarsan. Qoy
vurnuxsun, boş şeydi! Onların әn tәrbiyәlisi dә әvvәl
acıqlı olur, amma sonra ağlayıb: “Mәni dişlәnmiş alma
kimi atmayın, mәnim generalım…” – deyә yalvarır. La -
20 kin Patrisio Araqones bu tәklifdәn imtina etmişdi, çünki
istәdiyi daha böyük idi – qadının mәhәbbәtini, nәhayәt,
onun mәşuqәsi olmasını istәyirdi; “Axı o qadın, –