Page 15 - Patriarxın payızı
P. 15

PATRİARXIN PAYIZI

          çatdıqdan sonra o, mәtbәxә keçib bir fincan qara qәhvә
                                1
          ilә bir tikә kasabesini yeyә-yeyә, yeni günün nә ilә
          bitәcәyi barәdә qәtiyyәn düşünmәdәn, bunu tәsәvvürünә
          belә gәtirmәdәn, nә edәcәyi haqqında fikirlәşmәdәn,
          maraqla qulluqçuların söhbәtlәrinә qulaq asmağa başla -
          yırdı. Bu iqamәtgahda o, tәkcә qulluqçularla dil tapırdı:
          qulluqçularla davranmaq o sәbәbdәn rahat idi ki, onlar -
          dan öz ünvanına eşitdiyi tәriflәri ciddi qәbul edir, bu sadә
          insan qәlblәrini asanca oxuyurdu. Belәliklә, bir fincan
          qәhvә ilә kasabesini yedikdәn sonra o, saat doqquz
          radәlәrindә hәyәtdәki şәxsi patiosunda badam ağaclarının
          kölgәlәdiyi qranit vannasına girir, şәfalı otlardan hazır -
          lanmış bu ağzınacan dolu, isti vannada saat on birәcәn
          uzanıb qalır, canına gündәlik şuluqluqlardan әvvәl
          yeriyәn izaholunmaz xofabәnzәr nәyisә әridib sakit -
          lәşmәyә çalışırdı. Bir vaxtlar onu prezident kürsüsünә
          oturdan dәniz desantı hәlә tәzә-tәzә şәhәrә yerlәş -
          dirilәndә o, desant qoşununun komandiri ilә bir kabi -
          netinә girib qapını içәridәn kilidlәyir, qüvvәyә minmiş
          müxtәlif qanunları vә qәrarları baş barmağının möhürü
          ilә imzalaya-imzalaya vәtәnin taleyini hәll edirdi. O
          dövrlәr tamam savadsız olduğundan, yazıb-oxuya
          bilmәdiyindәn vә vәtәnin taleyi ilә öz savadsızlığıyla
          üzbәüz qaldığından bu qәrara gәlmişdi ki, mәsuliyyәt vә
          diqqәt tәlәb edәn tikanlı qanunlara varıb qan qaralt -
          maqdansa, ölkәni Allahın kömәyi ilә idarә etsә yaxşıdı
          vә bu minvalla ölkәni yaşına uyğun olmayan çevik bir
          qıvraqlıqla, hakimiyyәt pillәlәrindә kәndirbaz ehtiyatıyla
          oynaya-oynaya idarә elәmәyә başlamışdısa da, ondan bir
          çimdik duz uman cüzamlı xәstәlәrin, korların, ifliclәrin
          ittihamlarından can qurtara bilmә mişdi. Danışılanlara
          görә, duz onun әlindә mәl hәmә dönür, әtrafındakı
          diplomlu siyasәtbazlar, hәyasız avaralar vә yaltaqlar onu
                                                                  15

          1  Kasabe – manioklu piroq
   10   11   12   13   14   15   16   17   18   19   20