Page 10 - Patriarxın payızı
P. 10
Birinci artırmadan axıracan – mәrtәbәnin qurtaraca -
ğındakı yataq otağına qәdәr bütün otaqlara baş çәkdik,
xidmәti yerlәrә, saysız-hesabsız qәbul otaqlarına girdik
vә hәr yerdә sifәtlәri heç nә ifadә elәmәyәn inәklәrlә
rastlaşdıq… Onlar sarayın mәxmәr pәrdәlәrini çeynәyir,
isti tәzәk vә mebel qırıqları arasında saralan müqәddәs
QABRİEL QARSİA MARKES loların ipәk üzlüyünә işәyir, qonaq otağında, konsert za -
ikonaları, sәrkәrdә portretlәrini tapdalaya-tapdalaya kres -
lında zәhlәtökәn movultularla ağa kimi gәzişirdilәr…
Hәr yer inәklә dolu idi…
Biz sınıq domino vә bilyard stollarını, üzәri sanki
inәklәrin indicә otlayıb yalın qoyduğu yaşıl çәmәnliyi
xatırladan açıq-yaşıl mahudunu, künclәrin birindә, doğ -
ma sahillәrindәn ayrı düşmüş ev sakinlәrinin dәniz
hәsrәtini ovutmaq mәqsәdilә işlәdilәn külәklәr maşınını –
dәniz külәyi sәsi çıxaran әcaib qurğunu, bir dә hәlә ötәn
hәftәdәn üstünә yaylıq atıldığından yaddan çıxmış quş
qәfәslәrini gördük… Saysız-hesabsız pәncәrәlәrdәn isә
şәhәrin özü – hәlә ki qәdәm qoyduğu taleyüklü bazar
ertәsinin hәllediciliyini dәrk elәmәyәn nәhәng әjdaha
görünürdü… Şәhәrdәn o yana, bir vaxtlar yaşıl dәniz
sula rının dalğalandığı, indi isә ay külünә bәnzәr kәlә-
kötür yarğanlar vә vulkan dәliklәri dolu, ucsuz-bucaqsız
sәhralıqlar uzanırdı… Onun gizli iş otağından – bәzi -
lәrimizin bu hadisәdәn bir qәdәr әvvәl ürәklәnib daxil
olduğu yerdәn – isә çürüntü vә cәmdәk üfunәtindәn
boğulan qriflәrin tәngiyәn nәfәsi eşidilirdi. Biz bu
üfunәtin iziylә qriflәrin ardınca gedib iclas zalına çıxdıq
vә orada da hәmin inәklәri – bu dәfә zavallı heyvanların
qurd basmış cәmdәklәrini, zalın nәhәng güzgülәrindә
birә-on artmış ölü әzalarını gördük… Onun iş otağına
aparan gizli qa pını itәlәdik vә axır ki, özünü dә tapdıq…
o, orden-me dal sız hәrbi sәhra geyimindә, sol tayında
10 qızılı mahmız işıldayan uzunboğaz çәkmәlәrindә idi…
Yer üzünün büt ün canlılarından da qoca vücudu, qurunun
vә suyun әn qәdim heyvanlarından qәdim, qәdimliyi ilә