Page 12 - Patriarxın payızı
P. 12

görә bilmәyәcәkdi, çünki hәlә Sarı Titrәtmә dövründәn
               indiyә qәdәr bu sifәti Yer üzünün bir canlısı görmә -
               mişdi… Amma biz bilirdik ki, o sağdı… Yer kürәsi dә
               mәhz bu sәbәbdәn hәlә ki hәrlәnir, hәyat davam edir, poçt
               işlәyir, nәfәsli bәlәdiyyә orkestri gecәdәn xeyli ötәnәdәk
               de Armas meydanının tozlu palmaları vә kәdәrli fәnәrlәri
           QABRİEL QARSİA MARKES  çilәr, qocalıb ölәnlәrin yerini tutur vә hәtta son illәr onun
               altında gic-gic valslar çalır, illәr ötdükcә gәnc musiqi -


               hakimiyyәt qәsrindәn artıq insan sәsi, mahnı, ya quş sәsi
               eşidilmәyәndә, saray hasarının zirehli darvazaları daha
               açılmayanda belә, biz bilirdik ki, sarayda kimsә var.
               Çünki sarayın bir vaxt dәnizә açılan dәyirmi pәncәrә -
               lәrindә daim işıq yanırdı, yaxına getmәyә ürәk elәyәnlәr
               isә qala divarlarının o biri üzündәn at ayaqlarının sәsini
               vә mal-qaranın ağır nәfәsini eşidirdilәr. Bir dәfә isә,
               yanvar ayında biz prezident sarayının artırmalı eyvanında
               qürubu seyr edәn inәk dә görmüşdük; bir tәsәvvür edin,
               ana Vәtәnin fәxri eyvanında inәk!.. Biabırçılığa bir bax!
               Belә ölkәyә nә deyәsәn?! Bunu görәndә hamımız çaşıb-
               qaldıq: prezident sarayının eyvanı hara, inәk hara?.. Yәni
               sarayda inәk var?.. Yoxsa  inәklәr sarayın içindә xalçalar
               döşәnmiş saray pillәlәri boyu özlәri üçün rahat-rahat
               gәzişirlәr?.. Onda bir hay-hәşir düşdü ki, gәl görәsәn,
               axırda heç özümüz dә bilmәdik nә baş verdi: anlaya
               bilmәdik, bu lәnәtәgәlmiş inәyi biz prezident sarayının
               eyvanında görmüşdük, yoxsa bu fağır heyvan gözümüzә
               de Armas meydanında görünmüşdü... Axı bu eyvanda
               çoxdan bәri, yaxınlıqdakı kәndçi xәstәxanasının mәhәc -
               cәrlәrindә mürgülәmәkdәn bezib hәmin o hәlledici cümә
               gününün ala-toranında saraya hücum edәrәk pәncәrәlәri
               dağıdan qriflәrdәn savayı bir canlı belә görünmәmişdi!..
                   Hәmin gün qriflәrdәn sonra, bir vaxtlar dәnizin, indi
               isә qatı toz dumanının yırğalandığı uzaq üfüqdәn bir-
          12   birinin ardınca qatar-qatar ayrı quşlar da uçub gәlmişdi
               vә quşların qırmızı buxaqlı, başı lәlәk taclı başçısı işarә
               verәnәcәn qrif dәstәsi bütün günü iqamәtgahın başına
   7   8   9   10   11   12   13   14   15   16   17