Page 13 - Patriarxın payızı
P. 13

PATRİARXIN PAYIZI

          dövrә vurmuşdu. Sonra çilik-çilik olan şüşәlәrin sәsi,
          möhtәşәm meyitin iyi gәlmişdi… vә qriflәr oyan-buyana
          uça-uça, insan nәfәsi eşidilmәyәn bu kimsәsiz evin pәn -
          cәrә lәrindә vurnuxmağa başlamışdılar.
             Bazar ertәsi biz dә ürәklәnib içәri girdik, bomboş
          iqamәtgahın artıq uzaq keçmişdә qalmış zәngin hәyatının
          tör-töküntüsünü, onun qriflәrin didişdirib tanınmaz hala
          saldığı meyitini, qadın әlinә bәnzәr incә әllәrini gördük…
          dövlәt möhürü olan üzüyü sağ әlinin adsız barma -
          ğındaydı, bәdәninin çox hissәsindә, әsasәn dә qollarında
          vә qasığında qәribә, xırda sәpgilәr gözә dәyirdi, qurşa -
          ğında, qriflәrin niyәsә toxunmadığı yekә qarnını saxlayan
          brezent qayışının toqqası üfürülmüş öküz böyrәyini
          xatırladırdı. Biz onu hamılıqla öz gözlәrimizlә gördüksә
          dә, öldüyünә yenә o sәbәbdәn inana bilmәdik ki, onun
          bu sayaq “ölüsünü” bir vaxtlar elә bu kabinetdәcә tapan -
          lar çox olmuşdu. Fәrq bircә burasındaydı ki, bu dәfә o,
          bir vaxtlar görücü-falçının suya baxıb dediyi kimi,
          deyәsәn, öz ölümü ilә – yuxuda ölmüşdü. O dövrlәr isә
          ömrünün payızına hәlә tәzә-tәzә qәdәm qoymağına
          baxmayaraq özünü iş otağında o sәbәbdәn tam tәhlükәsiz
          hiss edirdi ki, ölkә hәlә çiçәklәnmәkdәydi; bәlkә dә, elә
          buna görә ölkәni elә idarә edirdi, elә bil qәti әmin idi ki,
          heç vaxt ölmәyәcәk.
             Prezident sarayı әtraf hәyәtlәriylә birlikdә, saraydan
          çox, eşşәklәrin ağır yüklәrini boşaltdığı, ayağıyalın
          әsgәrlәrin dәhlizlәrlә içi tәrәvәz vә toyuq dolu sәbәtlәr
          daşıdığı, ac-yalavac uşaqları qucağında, pillәkәnlәrdә
          mürgü döyә-döyә hökumәtdәn mәrhәmәt dilәyәn
          qadınların basabas saldığı hay-küylü bazar meydanını
          xatırladırdı. Burada hәm dә onun gecәdәn qalıb soluxan
          güllәrini tәzәlәyәn deyingәn aşnalarının saray güldan -
          larından birbaşa aşağı, çölә boşaltdığı bulanıq sulardan
          vaxtında qaçıb canını qurtarmaq lazım gәlirdi; burada   13
          döşәmәlәri yaş әsgilәrlә silә-silә cuşa gәlib xatakar
          mәhәbbәtdәn mahnılar oxuyan qadınların çalğılarının
   8   9   10   11   12   13   14   15   16   17   18