Page 17 - Patriarxın payızı
P. 17
PATRİARXIN PAYIZI
oynayan yerdә görәnlәr elә hәmin vaxt da – saat düz
yeddidә bu adamın mal tәzәyini tüstülәdә-tüstülәdә iclas
zalından mığmığaları qovduğunun şahidi olurdular vә
sarayın bütün pәncәrәlәrinin işığı sönmәmiş, üç qıfılın,
üç kilidin şıqqıltısı, yataq otağının qapısının üç zәncirinin
cingiltisi eşidilmәmiş, gün әrzindә gördüyü işlәrin
ağırlığından yorğun bәdәni nәhәng sal daş kimi
döşәmәyә sәrilib körpәtәk dәrin şirin yuxuya gedәn bu
fәndgir qocanın әvvәl qırıq-qırıq, sonra dәniz sәviyyәsi
ilә bir, suyun sәviyyәsi yuxarı qalxdıqca dәrinlәşib
qaydasına düşәn nәfәsi eşidilmәmiş onun harada
olduğunu bir kәs dәqiq bilә bilmәzdi. Vә mәhz onda
külәyin simlәrinin gecәnin sakitliyindә, tәbil pәrdәsi üstә
sәslәnişi kimi tıqqıldayan cırcıramalar sәsini içinә çәkir,
nәhәng, köpüklü dalğalar şahә qalxıb üzü qәdimdәn
1
vitse-kralların vә bukanyerlәrin mәskәni olan qoca
şәhәrin küçәlәrinә axır, sarayın pәncәrәlәrindәn keçib
binanı suyun içinә qәrq edirdi... İclas zalının güzgülәrinә
yapışan ilbizlәr isә balina ağzına bәnzәr ağızlarını açıb
әsnәşir, dәniz uzaq keçmişlәrdәki kimi okean dalğaları
sәviyyәsinә qalxır, az qala bütün Yer üzünü, fәzanı vә
zamanı bürüyür, o, hәrbi sәhra geyimindә, mahmızlı
uzunboğazlarında, üzünü balışa sıxırmış kimi ovuclarına
sıxıb, ayşüalı yuxu dәnizindә batıb-boğulan tәnha meyit
kimi üzmәyә davam edirdi...
İkilәşmәk istedadı, eyni mәqamda müxtәlif yerlәrdә
görünmәk qabiliyyәti – yәni ikinci mәrtәbәdә ola-ola
hәm dә, necәsә, birinci mәrtәbәdә tәk-tәnha dayanaraq
dәnizin uzaq әnginliklәrini seyr etmәsi vә elә hәmin
vaxtda da eyş-işrәt nәşәsindә әsib-titrәmәsi nә bәzi
yaltaqların dediyi kimi, onun qeyri-adi, ali bir sima
olmasına dәlalәt edirdi, nә dә bu, düşmәnlәrinin danışdığı
kimi, kütlәvi qarabasmalar idi. Sadәcә, bu insanın, ona it
17
1 Bukanyer – Amerikada yaşayan ispanların әmlakını dağıdan dәniz
quldurları