Page 19 - Patriarxın payızı
P. 19
PATRİARXIN PAYIZI
hazırlanmış altı sui-qәsdi dinmәz-söylәmәz öz dәrisindә
sınamış, dabanlarını taxta çәkiclә döyüb yastıladaraq
ayaqlarını onun kimi sürüyә-sürüyә gәzmәyә adәt
elәmişdi; qulaqlarının ağrı vә uğultudan, qarnının köpdәn
әziyyәt çәkmәyi, rәsmi görüşlәrә gecikmәk mәqsәdilә,
xüsusәn qış aylarında sәhәr-sәhәr çәkmәsinin guya
dolaşıq düşәn bağları ilә, qızılı mahmızı ilә uzun-uzadı
әllәşә-әllәşә: “Zәhrimara qalsın bunları, flamand dәmir -
çilәri ilә bir yerdә! Əllәrindәn bir iş gәlmir!” – deyәrәk
vaxtı uzatmağı da öyrәnmişdi. Bir zamanlar – atasının
yanında şüşә üfürmәklә mәşğul olduğu dövrlәr zarafatcıl
vә çәrәnçi kimi tanınan bu adam indi hәmsöhbәtlәrinin
söhbәt zamanı, әslindә, nә demәk istәdiyini, onların
dediyini, danışdıqlarına mәhәl qoymadan, gözlәrinin
dәrinliklәrindәn oxumağı bacaran, sözdә deyilmәyәnlәri
bәbәklәrdәn oxuyan qaraqabaq qaradinmәzә çevrilmişdi;
üstәlik, ona verilәn suallara da o dәqiqә cavab vermәyi
tәrgidib, әvәzindә: “Bәs siz necә düşünürsüz?” – demәyә,
bir növ, adәt elәmişdi. Çolaqları vә әlillәri yaxın
günlәrәcәn hansı möcüzәylәsә müalicә edәn bu fırıldaqçı
sonradan işgüzar, ciddi bir adama çevrilmişdi; bir dәqiqә
bir yerdә oturmur, bütün günü nә isә hәll edir, qabağına
keçәn arvadları qamarlayıb xoruz kimi belinә minir,
gecәlәr quru döşәmәnin üstündә pallı-paltarlı, döşәksiz-
balışsız, üzünü ovuclarının içinә basıb yatırdı; bir sözlә,
Patrisio özünü, keçmişini tamam unutmaq üçün şüşә -
üfürәn taleyinin üstündәn birdәfәlik xәtt çәkmişdi; bütün
olan-qalanını ölüm riskinә – ali hakimiyyәt sahibinin
taleyinә yazılmış tәhlükәlәrә qurban verә-verә, ilk daşın
ikinci daşın onsuz da qoyulmayacağı yerә qoyulması
mәrasimlәrindә, dörd bir yanı düşmәnlә qaynaşan
tәntәnәli tәdbirlәrdә – prezidentin qırmızı lent kәsdiyi
tәmtәraqlı açılışlarda, doyunca toxuna bilmәdiyi
әlçatmaz, әfsanәvi gözәllik ilahәlәrinә tacqoyma mәra - 19
simlәrindә, öz miskin taleyi ilә barışaraq, ayrı adamın