Page 24 - Patriarxın payızı
P. 24
vürünә dә gәtirmirdi ki, limanda baş vermiş bu çılğın
vәtәnpәrvәrlik bayramı öz-özünә alınmışdısa da, qalanı,
onun tәhlükәsiz vәziyyәtdә vәsf edilmәsi üçün, onun öz
tәhlükәsizlik xidmәti tәrәfindәn tәşkil edilmişdi. Payızın
әvvәllәrindә baş vermiş bu kütlәvi sevgi etiraflarından
tәsirlәnmiş prezident bir neçә ilin qapalı rahiblik
QABRİEL QARSİA MARKES bu mәqsәdlә milli bayraq rәnginә boyanmış köhnә
hәyatından sonra paytaxtdan kәnara çıxmağı qәrara aldı;
qatarını işә salmaq üçün göstәriş verdi vә qatar möhtәşәm
şahlığın kәdәr vә mәyusluq dolu sәrhәdlәri boyunca
sәhlәb çiçәyi vә amazon balzaminlәri kolları arasında
gizlәnәn meymunları, pәlәnglәrin zolaqlı xәzlәri üstә
uyuyan cәnnәt quşlarını ürküdә-ürküdә, pişik oğrunluğu
ilә asta-asta sürünә-sürünә ölkәnin içindәn ötüşüb
prezidentin uzaq sәhralıqlarda itib-batmış doğma yer -
lәrinә, qarlı kәndlәrә yollandı. Stansiyalarda qatar matәm
havasına bәnzәr ürәküzәn musiqilәrlә qarşılanır, kilsәlәr
zәng çalır, onu müqәddәs üçlüyün sağ hәvarisi elan edәn
şüarlar dalğalanırdı. Prezident vaqonunun yarıqaranlıq
kupesindә oturan ölkә rәhbәrini şәrәflәndirmәkdәn ötrü
qatarın qabağına ilk әvvәl hindular çıxırdı, lakin onlar
vaqona yaxınlaşsalar da, pәncәrәnin tozlu şüşәsi arxa -
sında bәrәlә qalmış gözlәrdәn, titrәk dodaqlardan vә
kütlәni salamlamaq mәqsәdilә yuxarı qalxmış әldәn
savayı heç nә görmürdülәr; prezidentin qolu gözә dәy -
mirdi deyә, yuxarı qalxmış ovcu havadan asılı qalmıştәk
görünürdü; keşikçi-polkovnik onu pәncәrәdәn kәnara
çәkmәyә cәhd göstәrәrәk: “Ehtiyatlı olun, general, siz
vәtәnә lazımsınız!” – deyәndә belә, o, qәribә özünә -
arxayınlıqla: “Narahat olma, polkovnik, bu adamlar mәni
sevir!” – deyә cavab verirdi. Sonra o, qatardan birbaş çay
gәmisinә – piano dillәrinә oxşar taxta pәrlәri ilә suda vals
rәqsi izlәrinә bәnzәr geniş dairәlәr sala-sala üzәn gәmiyә
24 keçdi vә gәmi qardeniya kollarının ürәkvuran qoxusunu,
ekvator salamandrlarının çayın dayaz yerindә iylәnәn
cәmdәklәrinin üfunәtini yara-yara Allahın yadından