Page 22 - Patriarxın payızı
P. 22

birini ora, birini bura yerlәşdirә-yerlәşdirә alәmi bir-
               birinә qatırdı; kazarmaların onundan doqquzunu boş
               patronlarla, dәniz qumu qatılmış saxta barıtla tәchiz
               elәtdirir, özü isә әlinin altında – saray zirzәmilәrindә xü -
               susi hәrbi arsenal saxlayırdı. Bu zirzәminin açarı, o biri
               gizli qapıların açarları ilә bir düjündә, daim generalın
           QABRİEL QARSİA MARKES  açarların hәrәsindәn bir dәnә idi vә müdafiә naziri,
               ürәyinin başında cingildәyirdi; bu gizli düjündәki

               prezident qvardiyasının komandiri, milli tәhlükәsizlik
               xidmәtinin rәisi vәzifәlәrini aparan, hәtta generalı
               dominoda udmaq ixtiyarına malik olan nadir adamlardan
               biri, onun әziz dostu, tәcrübәli artilleriya generalı
               Rodriqo de Aqiların nәzarәt etdiyi bu zirzәminin qapısını
               ondan savayı heç kimin açmağa ixtiyarı yox idi. Amma
               prezident karetinin sui-qәsd hazırlanan yerә çatmasına
               bir neçә dәqiqә qalmış partlamaq üzrә olan dinamiti
               zәrәrsizlәşdirәn zaman sağ әlini itirәn hәmin bu Rodriqo
               de Aqilar deyildimi?
                   Çox keçmәdi, Rodriqo de Aqilarla Patrisio Araqo ne -
               sin kölgәsindә general, özünü o qәdәr rahat vә tәhlükәsiz
               hiss etdi ki, özünümüdafiә instinktini tamam-kamal itirdi
               vә xalqın arasında daha tez-tez görünmәyә başladı. O, tәk
               bir yavәrimin müşayiәti ilә adi, gerbsiz karetdә şәhәri
               gәzib-dolaşır, yolboyu karetin pәrdәlәrini aralayıb yolda
               dayananlara әl elәyir, onun dekreti ilә dünyanın әn gözәl
               kilsәsi elan edilmiş – qızılı daşlardan hörülmüş möhtәşәm
               kilsәyә, mәhәccәrlәrindә uzaq, yuxulu keçmiş uyuyan
               qırmızı kәrpicli qәdim evlәrә, sarımtıl bәnizli dәnizә,
               şehli sәkilәrә, yanıq şam kötüklәrinin qoxusu yayılan
               açıq eyvanlara, orada, qәrәnfil dibçәklәri ilә şitil sırsı -
               raları arasına sıxıla-sıxıla, yorulmadan şәbәkә toxuyan,
               bakirәliyi cansız üzlәrindә donmuş qızlara sarı çevrilәn
               günәbaxanlara, bir vaxtlar, ilk kometanın gәlişi dövrlәri
          22   klavikordda çalınan musiqi sәsinin eşidildiyi qaranlıq
               monastır pәncәrәlәrinә baxırdı. Bir dәfә isә belә alındı
               ki, o, şıdırğı alver getdiyi mәhәllәnin babilsayağı izdi -
   17   18   19   20   21   22   23   24   25   26   27