Page 21 - Patriarxın payızı
P. 21

PATRİARXIN PAYIZI

          Araqones deyirdi, – tәkrarolunmazdı, әsl mәhәbbәtin nә
          olduğunu yaxşı bilir. Onu görsәniz, özünüz dә bunu
          anlayacaqsınız, mәnim generalım”. Onda ağa Patrisio
          Araqonesin dәrdini bir az azaltmaq üçün ona öz
          rahatxanasına aparan gizli yolları göstәrib hәrәmlәrindәn
          istәdiyi qәdәr, amma onun kimi: xoruzsayağı, ayaqüstü,
          soyunmadan, onları da soyundurmadan istifadә etmәyә
          icazә vermişdi vә Patrisio Araqones öz ehtirasını, öz
          istәyini bu rahatxanada boğa bilәcәyi ümidiylә bu yad
          eyş-işrәt bataqlığına baş vurmuşdu, generalın dediyi
          kimi, ayaqüstü yox, arzu vә istәyinin gücündәn alovlanan
          ehtirasla, mәhәbbәtin bütün lәzzәti ilә, hәssas incәliklә
          sevgiyә simic qadınları belә hәrәkәtә gәtirib, daşlaşmış
          hisslәrini oyadaraq, inildәdә-inildәdә sevişmәyә başla -
          mışdı; sonra da heyrәt içindә sevinә-sevinә gene rala: “Ay
          xatakarsız ha, mәnim generalım, qocal dıqca da canınız
          elә bil bir az da sulanır!” – demişdi vә o vaxtdan heç kim,
          nә generalın özü, nә Patrisio Araqones, nә dә qadınlar
          kimin kimdәn hamilә olduğunu, kimin kimin oğlu oldu -
          ğunu heç cür tәyin edә bilmәmişdilәr;  Patrisio Araqones
          belәcә, ağanın әn yaxınına, әzizinә vә eyni zamanda,
          qorxub-çәkindiyi adama çevrilmişdi; Patrisioya görә
          general çoxlu asudә vaxt әldә edib silahlı qüvvәlәrlә ciddi
          mәşğul olmağa başlamışdı; biz dә belә düşünürdük ki,
          prezident, bir vaxtlar, bu vәzifәyә seçildiyi dövrlәrdәki
          kimi, bütün diqqәtini mәhz bu sәmtә o sәbәbdәn yönәldib
          ki, silahlı qüvvәlәr onun hakimiyyәtinin әsasını tәşkil
          edir. Lakin sәn demә, mәsәlә әksinә imiş! General silahlı
          qüvvәlәri özünün әn tәbii vә tәhlükәli düşmәni hesab
          edirdi. Odur ki, hәr ehtimala qarşı, zabitlәrin arasında tez-
          tez nifaq salmağa çalışır, bir dәstәnin qulağına o biri
          dәstәnin onlara tәlә hazırladığını pıçıldayır, bu minvalla
          ona qarşı nә vaxtsa hazırlana bilәcәk qiyamın qarşısını
          alır, zabitlәrin taleyinә yazılanları dәyişәrәk onları bir  21
          vәzifәdәn başqa vәzifәyә, bir yerdәn başqa yerә köçürür,
   16   17   18   19   20   21   22   23   24   25   26