Page 16 - Patriarxın payızı
P. 16

bütün zәlzәlәlәrin vә göy hadisәlәrinin, tәhlükәli illәrin
                                                     1
               vә Allahın digәr sәhvlәrinin korrexidoru adlandırır, o isә
               ağır ayaqlarını, qarda gәzәn fil lәngliyi ilә sarayın dәh -
               lizlәri boyu sürüyә-sürüyә dövlәt vә mәişәt mәsәlәlәrini
               ötәri cәldliklә – bir qapını çәrçivәsindәn qopartdırıb
               ayrısına saldırdıqdan sonra, elә hәmin dәqiqә dә oradan
           QABRİEL QARSİA MARKES  edirdi. Ümumiyyәtlә, onun bütün әmrlәri, qala saatı
               çıxartdırıb әvvәlki yerinә qaytardığı kimi, asanlıqla hәll

               zәnginin günortalar vә gecәyarısı, adәti üzrә olduğu kimi,
               on iki dәfә yox, hәyat olduğundan uzun görünsün deyә
               iki dәfә çalınması üçün verdiyi әmrin hәmin dәqiqә
               yerinә yetirildiyi kimi, göz qırpımındaca, tәrәddüdsüz
                                             2
               icra olunurdu. Bircә siestanın ölü saatlarında, hәr şey
               sustalıb donuxanda o öz yarıqaranlıq “qadın hininә” girәr,
               qapını arxasınca bağlamadan, qadınları bir-birindәn seçib
               ayırmadan, qabağına keçәni qamarlayıb yaxınlıqdakı
               taxtın, ya döşәmәnin üstünә yıxar, qadını soyundur -
               madan, cansıxıcı bürküyә mәhәl qoymadan, elә pallı-
               paltarlı işini görәrdi… bütün saray isә onun it zingiltisini
               andıran yandırıcı iniltisini, tәngiyәn nәfәsini, sol ayağının
               titrәyişindәn cingildәyәn mahmızının sәsini vә arıq,
               qansız uşaqlarının maraq dolu baxışlarından az qala yerә
               girәn qadınların: “Rәdd olun burdan! Marş hәyәtә! Belә
               şeylәrә baxmaq olmaz! Uşaqlar belә şeylәrә baxmaz!” –
               qışqıran hәyәcanlı sәsini eşidirdi. Belә mәqamlarda sanki
               vәtәnin üzәrindәn sәssiz-sәmirsiz bir mәlәk ötüb-keçir,
               sәslәr kәsilir, hәrәkәt dayanır, bütün ölkә barmağını
               dodağına sıxıb: “Ss-s! Sәs salmayın… nәfәs almayın,
               sakit! General eyş-işrәtlә mәşğuldur!” – deyә pıçılda -
               yırdı. Onu tanıyanlar, ikilәşmә qabiliyyәtinә bәlәd olanlar
               isә bu “işarası mәhәbbәt fasilәsi”nә inanmırdılar; çünki
               axşam saat yeddi radәlәrindә onu qonaq otağında domino

          16
               1  Korrexidor — qubernator. Korrexidorun mәnası hәm dә  islahedәndir.
               2 Siesta –  Latın Amerikası ölkәlәrindә günün әn isti vaxtı; günorta istirahәti
   11   12   13   14   15   16   17   18   19   20   21