Page 18 - Patriarxın payızı
P. 18

sәdaqәtiylә qulluq etmәyә, yolunda ölümә belә getmәyә
               hazır olan, zahiri görünüşcә әkiz tayı – Patrisio Araqones
               adlı inanılmış adamı vardı; bu adam tamamilә tәsadüfәn,
               axtarılıb-aranmadan, necәsә öz-özünә tapılmışdı. Belә ki,
               günlәrin bir günü prezidentә belә bir mәtn çatdırılmışdı:
               “Mәnim generalım, eynilә sizin karetinizә oxşar bir karet
           QABRİEL QARSİA MARKES  prezident kimi tәqdim edir vә deyim ki, heç dә pis alın -
               kәndlәri gәzir, karetin içindә isә avaranın biri özünü


               mır, mәnim generalım! Adamlar yarıqaranlıq karetdәn
               onun kәdәrli gözlәrini görüblәr – eynilә sizin
               gözlәrinizdi, mәnim generalım! Onun sarımtıl dodaq -
               larını – sizin dodaqlarınızı, sizin әliniz kimi incә, qadın
               әlinә oxşar ipәk әlcәkli әlini, hәmin o әlin karetin pәn -
               cәrәsindәn, yolboyu dizi üstә çökmüş xәstәlәrә duz
               sәpdiyini, kareti müşayiәt edәn zabit geyimli iki atlını
               görüblәr. Siz bir allahsızlığa baxın, mәnim generalım!”
                   Bu mәlumatdan sonra prezident fırıldaqçını yerindәcә
               cәzalandırmaq barәdә әmr vermәk әvәzinә, onu prezi -
               dentlә sәhv salmasınlar deyә başına çuval keçirib gizli
               yollarla tәcili saraya gәtirilmәsini әmr etmişdi. Deyilәnә
               görә, avaranı dәrhal tutub saraya gәtirmişdilәr, ona tәhvil
               verәndә isә sanki özü ilә qarşılaşan prezidenti o sәbәbdәn
               qәribә bir pәrtlik bürümüşdü ki, bu  küçә avarasıyla
               oxşarlıqda tәhqiramiz olan nә isә anlamışdı. Hәrçәnd onu
               görәndә ürәyindә: “Lәnәt şeytana! Bu ki mәn özümәm!” –
               fikirlәşmişdisә dә, o dövrlәr o avara hәlә ki qocanın
               amiranә sәsini belә tәqlid edә bilmirdi; amma hәrifin
               ovcundakı tale xәtti tam aydın görünürdü vә qocanı әn
               çox narahat elәyәn dә bu idi. Onda bu yaramazı
               güllәlәmәk әmri vermәkdәn dә prezident mәhz buna görә
               çәkinmişdi; görünür, bu avaranın ovcundakı tale xәttinin
               necәsә onun taleyinә tәsir etmәsindәn çәkinmişdi.
               Patrisio  Araqonesi öz rәsmi әkizi elәmәk fikri isә
          18   prezidentin ağlına çox-çox sonralar – o bu tәhlükәnin tam
               әsassız olduğunu anlayanda gәlmişdi; bir müddәtdәn
               sonra Patrisio  Araqones onun әmriylә prezidentә
   13   14   15   16   17   18   19   20   21   22   23