Page 25 - Patriarxın payızı
P. 25
PATRİARXIN PAYIZI
çıxmış adamların böyründәn üzdü. Uzaq üfüqdә Yer
üzündәn silinmiş nәhәng şәhәrin yanğın qalıqlarına
bәnzәr qürub közәrirdi. Sahildә isә günün altında yanıb
ağaran kasıb kәndlәr görünürdü.
Bu kәndlәrin sakinlәri milli bayraq rәngindә
rәnglәnmiş qatara baxmaq üçün sahilә çıxsalar da, onları
prezident kayutunun illüminatorundan salamlayan ipәk
әlcәkli әldәn savayı ayrı bir şey görmürdülәr. O isә hey
sahilә – imkansızlıq ucbatından bayraq әvәzinә ona iri
malanqa yarpaqları yellәyәn, suya atılaraq gәmiyә qәdәr
üzәn, prezidentin şam süfrәsi üçün diri çәpiş, quş dolu
sәbәt çatdırmaq istәyәn adamlara baxıb kövrәlә-kövrәlә
içini çәkir: “Bir baxın, kapitan, onlar mәnim ardımca
üzür! Onlar mәni sevir...” – deyirdi.
Dekabr aylarında isә – Qәraib ölkәlәrinә yaz gәlәndә –
o öz karetindә dağ yoluyla zirvәdә ucalan imarәtinә
qalxır, orada qaldığı bir-iki gecәni dünyanın müxtәlif
ölkәlәrindәn qovulan diktatorlarla, taxtdan salınan millәt
ataları ilә – uzun illәr bundan әvvәl siyasi sığınacaq
verdiyi adamlarla domino oynamaqla keçirirdi. Burada,
imarәtin artırmasında onun rәhm kölgәsi altında dalğın
vücudlarıyla kreslolara yayxanan bu boşboğaz qurum -
saqlar qocalıb qartıya-qartıya, günlәrin bir günü arxa -
larınca gәlәcәk gәminin onları әvvәlki yerinә – öz
kürsülәrinә aparıb çıxaracağı barәdә boş xәyallara
dalırdılar. Bu sığınacaq, ölkәlәrdәn qovulan diktatorların
sayı çoxalandan sonra tikilmişdisә dә, general üçün bu
adamların hamısı, әslindә, bir adam idi; onlar generalın
yanına eyni cür – sәhәrin ala-toranında, gecә köynәyinin
üstündәn necә gәldi әyinlәrinә keçirdiklәri hәrbi parad
geyimindә, bir әlindә dövlәt xәzinәsindәn çırpışdırdıqları
pul dolu sandıq, o biri әlindә içinә orden-medallarının,
sәhifәlәrinә qәzet mәtnlәri yapışdırılan köhnә dәftәrxana
kitablarının vә fotoalbomların doldurulduğu çanta ilә 25
gәlirdilәr. Millәt atalarının hәr biri bu albomları generala
şәhadәtnamә әvәzinә tәqdim edәrәk dodaqaltı: “Baxın,