Page 29 - Patriarxın payızı
P. 29

PATRİARXIN PAYIZI

          qiçini tutmuşdular, belә mәlum olmuşdu ki, o, silahlı
          imiş; camaat çıxışa tәrәf axışanda bu silahdan generala
          atәş açacaqmış vә bütün bunları o,  ağır işgәncәlәrdәn
          sonra boynuna almışdı. “Mәn bunu o dәqiqә başa düş -
          düm, – general deyirdi, – başa düşdüm ki, atәşi o açma -
          lıdı! Çünki hamının gözünün içinә baxırdım, hamı da
          mәnim gözümün içinә baxırdı. Bircә bu yaramazdan, bu
          bәdbәxt kütbeyindәn savayı! Üzünü yana çevirib, guya
          özü üçün sümsü çalırdı!”
             O gündәn generalı yenә qorxu hissi izlәmәyә baş -
          lamışdı. Hәrçәnd ki o, әslinә qalanda, onu qorxudanın,
          hәmin o xoruz döyüşündә baş verәn hadisә olmadığını
          yaxşı başa düşürdü, tәhlükәsizlik xidmәtinin narahatlığa
          heç bir әsasın olmadığı, bütün işlәrin öz qaydasında
          getdiyi barәdә bәyanatlarına baxmayaraq hәr gecәsini
          sarayın qalın divarları arasında, dәhşәtli qorxunun içindә
          keçirirdi. Vә Patrisio Araqones dә mәhz burada kara
          gәldi! O, Patrisio ilә yerini doğrudan-doğruya dәyişdi.
          Onu öz qabından, özü yediyi yemәklәrlә yedirtmәyә
          başladı. Yәni ki, işdir, yemәyә zәhәr qatılıbsa, bir yerdә
          ölsünlәr. “Heç olmasa, tәkcә ölmәyim” – general fikir -
          lәşirdi...
             İndi hәr ikisi saray otaqlarında boş-boşuna veyillәnir,
          fil lәpirlәrini andıran izlәri bilinmәsin deyә yalnız yum -
          şaq xalıların üzәri ilә yeriyir, yuxulu dәnizdәn süzülәn
          yaşılımtıl mayak işığının içiylә sanki üzürdülәr. Dәniz
          daşıb-kükrәyir, mayak işıq saçır, limandan uzaqlaşan
          gecә gәmilәrinin ayrılıq fiti sahilboyu közәrәn tәzәyin
          tüstüsünә qarışıb pәncәrәlәrdәn içәri dolurdu... Yaxud da
          hәr ikisi üzücü sentyabr axşamları pәncәrә qarşısında
          dayanıb, әlindәn bir iş gәlmәyәn aşiqlәr kimi, qaran -
          quşları sayırdılar.
             General canlı hәyatdan o qәdәr uzaqlaşmışdı ki, real
          hәyat haqqında tәsәvvürlәrini elә itirmişdi ki, min bir  29
          әziyyәtlә özünә tay düzәldib, eyni mәqamda gah orada,
          gah burada görünә-görünә, ümumiyyәtlә, mövcud olub-
   24   25   26   27   28   29   30   31   32   33   34