Page 9 - Patriarxın payızı
P. 9
PATRİARXIN PAYIZI
yaşamış beş nәslin xaç suyuna çәkildiyi iri çәni, hәyәtin
qurtaracağında vitse-kralın anbarı kimi istifadә olunan
tövlәni, orada güvә dumanı içindә qaralan qәdim kareti,
Vәba dövrün dәn qalmış üstüörtülü faytonu vә Dünyanın
Birinci Əsrinin әfsanәvi limuzinini gördük… Hamısı da
saz vә ziy yәtdә, milli bayraq rәnginә boyansalar da, qalın
toz qatı vә hörümçәk torları altında bozarmaqda idilәr. O
biri hәyәtdә – dәmir çәpәrin o biri üzündә sanki ay
tozundan tökülmüş gümüşü rәngli qızılgüllәr açmışdı; bir
vaxtlar cüzamlı xәstәlәrin aralarına sığınıb yatdığı bu gül
kolları baxımsızlıq üzündәn çoxalıb az qala bütün hәyәti
bürü müşdü… havadan da qızılgül әtri gәlirdi… bu qoxu -
ya ba ğın dәrinliyindәn yayılan toyuq hini, mal tәzәyi vә
qatı әsgәr sidiyinin üfunәti dә qarışmışdı…
Biz qızılgül kollarının boğanağından ötüşüb qәrәnfil,
әtirli astra vә inciçiçәyi әkilmiş dibçәklәr dolu tacşәkilli
artırmaya çıxdıq; bura onun qadınlarıyla әylәn diyi yer
idi. Üst-üstә qalanmış tullantılardan, zir-zibildәn vә
saysız-hesabsız tikiş maşınlarından tәxmin etmәk olurdu
ki, bu barakda nә qәdәr qadın vә nә qәdәr (bәlkә,
minәdәk) vaxtından tez doğulan uşaq yaşayıb. Biz
çoxdan bәri ayaq dәymәmiş mәtbәxlәrdәki iyrәncliyi –
lәyәnlәrdә qalıb iylәnmiş nәm camaşırı, kişi vә qadınlar
üçün genişlәndirilmiş ümumi ayaqyolunu, bir vaxtlar
Kiçik Asiya torpağında bitib-cücәrәn vә hәmin torpaqla
birlikdә nәhәng çәllәklәrdә gәtirilәn, yarpaqları sanki
narın şeh bağlamış Babil söyüdlәrini dә gördük.
Söyüdlәrdәn sonra onun kiçik sarayı – çәrçivәlәri dәmir
torlar ilә birlikdә kökündәn qoparılan pәncәrәlәrindә hәlә
dә qriflәr vurnuxan möhtәşәm evi ucalırdı…
…Qapıları sındırmaq lazım olmadı, onlar öz-özünә,
elә bil sәsimizin gücünә açıldılar… vә biz inәklәrin ayaq -
ları altında tapdanıb eybәcәr kökә düşmüş, dәbdәbәli,
teatral xalçaların sәrildiyi daş pillәlәrlә qalxıb binanın 9
әsas mәrtәbәsinә daxil olduq.