Page 5 - Patriarxın payızı
P. 5
Markes “Patriarxın payızı” haqqında
– “Yüz ilin tәnhalığı” digәr әsәrlәrimdәn daha çox mәşhur
olsa da, “Patriarxın payızı”nı yaradıcılığımın şah әsәri hesab
edirәm vә qәti әminәm ki, mәni unudulmağa mәhz “Patriarxın
payızı” qoymayacaq. Bu fikirdәyәm ki, tәkcә “Yüz ilin tәn -
halığı” yox, әvvәlki әsәrlәrimin hamısı “Patriarxın payızı”na
prelüdiyadır. Başqa sözlә desәk, daim axtarışında olduğum vә
yazmaq istәdiyim әsәr “Yüz ilin tәnhalığı” yox, “Patriarxın
payızı” olub. Bu romanı mәhz oxucudan müәyyәn intellekt vә
xüsusi qavrayış sәviyyәsi tәlәb etdiyinә görә yüksәk qiy -
mәtlәndirirәm. Bunu da deyim ki, bu romanı işimdәn lәzzәt
ala-ala, tәlәsmәdәn, özümü zorlamadan yazmışam. “Yüz ilin
tәnhalığı”nı yazanda isә, tәәssüf ki, belә olmayıb.
***
– Mәnim öyrәndiyim ispan dili ispan poeziyasının Qızıl
dövründәn, bir dә Romansero poeziyasından qaynaqlanır.
İspan poeziyasını gözәl bilirәm, bu poeziyanın mәnә çox
kömәyi olub. Bütün bunlar “Patriarxın payızı”nda şüurlu
şәkildә tәzahürünü tapıb. Əsәr başdan-başa Qәraib xalqlarının
şeirlәri, xüsusәn Ruben Darionun poeziyası ilә doludur. Bu
mәnada әsәrin tәrcümәçilәrinin hansı çәtinliklәrlә qarşılaşa -
cağını tәsәvvürümә gәtirirәm. Burada problem ondan iba -
rәtdir ki, nikaraqualı şair Ruben Darionun poeziyası Latın
Amerikası әdәbiyyatı hüdudlarından kәnarda çox az tanınır.
Bu poeziya, demәk olar, ayrı dillәrә tәrcümә olunmayıb. “Pat -
riarxın payızı” da, әslinә qalanda, Ruben Dario poeziyasının
dilindә yazılıb.
***
– Mәn “Patriarxın payızı”nı “Yüz ilin tәnhalığı”ndan
әvvәl yazmağa başlamışdım, amma nәdәnsә iş lәng gedirdi. 5
Kuba inqilabı nәhәng bir işә – Batistanın generalı Soso