Page 93 - Patriarxın payızı
P. 93

PATRİARXIN PAYIZI

          zirvәsinin möhtәşәmliyiylә heyrәtlәndirmәk, hakimiy -
          yәtin hüdudsuz imkanlarıyla şirniklәndirmәk, onun incә,
          incә olduğu qәdәr dә qәddar әlçatmazlığını laxlatmaq
          cәhdi idi... “Xahiş edirәm, mәnә bu cür sıxılmayın,
          әlahәzrәt! Axı anam buradadı!..” O, Manuelanın anasıyla –
          qızının namusunu qoruyan qarovulçuyla hesablaşmaya
          bilmirdi, odur ki ehtirasını içindә boğa-boğa, hirsini-
          acığını birtәhәr uda-uda qalır, Manuela Sançes isә xәfif
          tәbәssümlә gülümsәyәrәk ona guanabana meyvәsinin
          şirәsi qatılmış soyuq su gәtirir, prezident suyu lәngәrlәyә-
          lәngәrlәyә, gicgahında lökküldәyәn soyuq ağrıya sәbirlә
          dözә-dözә, xırda qurtumlarla içirdi ki, Allah elәmәmiş,
          birdәn qız onda qocalıq әlamәtlәri görәr vә onu xәstә,
          zavallı bir qocanı sevәntәk sevәr.
             Manuelanın yanında qoca elә bil bir az da tәnhalaşır,
          bütün vücuduyla aramla tәnhalıq bataqlığına qәrq
          olurdu... Bu kömәksiz vәziyyәtindәn üzülә-üzülә, divar
          saatı zәng çalıb görüş vaxtının bitdiyini elan edәnәcәn,
          heç olmasa, nәfәsiylә dә olsa, qıza toxunmaq üçün can
          verirdi... “Bu saat mәnim ölüm anımın zәngini çalır!”
          Manuelanın hüzurunda keçirdiyi son dәqiqәlәri qәsdәn
          uzada-uzada, vaxtı, havanın hәr qurtumunu acgözlüklә
          uda-uda lәngidir, oyuncaqları dәnizin nәm havasından
          paslanmasınlar deyә aramla qutularına yığırdı: “Bir
          dәqiqә, kraliça! Qoy bunları yığım”. Lakin nә qәdәr
          kәdәrli dә olsa, son dәqiqә başa çatır, getmәk mәqamı
          yetişirdi! Sabaha qәdәr isә ucsuz-bucaqsız bir ömür
          yaşamaq lazım idi, amma indi – saatın bu yersiz
          zәngindәn sonra әlindә qızılgül, donub-qalan qocanın
          getmәyini gözlәyәn bu bakirә qıza bir dә baxmaq üçün
          bircә an çatışmırdı... Əvvәl-axır çıxıb-getmәli olur,
          küçәlәrdә dolaşan kölgәlәrә qarışıb gözdәn itir, camaatın
          gülüş hәdәfinә çevrilmәk qorxusuyla, xәcalәt tәrindәn
          boğula-boğula yoxa çıxırdı... daha xәbәri yox idi ki, artıq  93
          çoxdan camaatın gülüş hәdәfinә çevrilib, bu sevgi
          macәraları haqqında az qala hәr tindә danışılır, cürbәcür
   88   89   90   91   92   93   94   95   96   97   98