Page 94 - Patriarxın payızı
P. 94
mahnılar qoşulur, bütün ölkә bu mahnıları әzbәr bilir, bu
mahnıları hәtta tutuquşular da patiolarda boğazlarını cıra-
cıra oxuyurdular:
General qovrulur eşqin oduna,
Göz yaşının, kәdәrinin oduna,
QABRİEL QARSİA MARKES Sәn bir buna bax, buna,
Əli yanır sinәsinin oduna...
Nә lәyaqәti qalıb, nә özünә hörmәti,
Bunu da bilir hamı:
Bu boyda mәmlәkәtә
Şahlıq edir yuxuda...
Çöl tutuquşuları bu mahnını ev tutuquşularından, qar -
ğalar çöl tutuquşularından, qalan quşlar qarğalardan
öyrәnib oxumağa başlamışdılar. Bu minvalla mahnı mәş -
hurlaşıb paytaxt sәrhәdlәrini aşmış, bütün ölkәyә yayıl -
mışdı: dәstә-dәstә adamlar bu mahnını küçәlәrdә
gә zә-gәzә xorla oxuyur, Milli Tәhlükәsizlik Xidmәtinin
hәr bi geyimli әsgәrlәrini görәndә isә dağılışır, mahnının
növ bәti bәndlәrini qaça-qaça, hırıldaşa-hırıldaşa qoşur -
dular:
Bizim әziz general
Vәtәni murdarladı.
Çox әllәşib-vuruşdu,
Yeni qanunlar qoşdu,
Ağlı-kamalıyla yox,
Başıyla yox, dalıyla...
Mahnının yeni bәndlәri gün-gündәn artıb-çoxalırdı...
tutuquşular da bәndlәr qoşmağa başlamışdılar, bu mah -
nını kökündәn kәsib yaddaşlardan çıxarmağa çalışan
94 Milli Tәhlükәsizlik Xidmәtinin әsgәrlәrini dә çaşdıran
elә bu tutuquşular idi… Hәrbi patrullar yemәkxanalara
dö yüşә tam hazır vәziyyәtdә, ağır silahlarla doluşur,