Page 104 - Patriarxın payızı
P. 104
Danış görәk, ötәn il orduya göndәrdiyim oğlun indi
hardadı, necәdi. Əsgәrlikdәki imalәlәrin ona bir xeyri
oldu, ya yox?” “Salam, Xuan Priyeto, – mәnә dedi. –
Cins düyәn özünü necә hiss elәyir? Yadındadı, mәnim
cadu-ovsunumdan sonra qulağının soxulcanları necә
töküldü?” Mәnә isә dedi: “Hә, Matilda Peralta, qaçaq
QABRİEL QARSİA MARKES Sәn Allah, bir buna bax!
düşmüş әrini qaytardığıma görә mәnә nә verәcәksәn?
Görürsәn, boynuna kәndir salıb gәtizdirmişәm, özünә
dә xәbәrdarlıq elәmişәm ki, bir dә qanuni arvadından
qaçmaq istәsә, ömrünün axırınacan ayağında qandal
zirzәmilәrdә çürüyәcәk”. O, belәcә, mәişәt mәsәlәlәrindә
olduğu kimi, ictimai işlәrdә dә hәr şeyә dәrhal әncam
çәkirdi; mәsәlәn, qәssaba әmr edirdi ki, oğru xәzinәdarın
qolunu camaatın gözü qarşısında kәssin; hәr şey barәdә,
hәtta pomidor vә pomidorun әkildiyi torpaq barәdә o
sahәnin әn tәcrübәli mütәxәssisi әdasıyla mühakimә
yürüdürdü; kiminsә bostanında bitәn pomidorun dadına
baxıb onu müşayiәt elәyәn aqronomlara, alimlәrә: “Bu
torpağın gübrәsi çatışmır, özü dә hansı gәldi yox ha, ulaq
peyini. Ulağın da dişisinin yox ha, erkәyinin peyini!
Göstәriş verәrәm, dövlәt hesabına gәtirәrlәr” – deyib
gülә-gülә yoluna davam edirdi. “…Bir dәfә mәnim
pәncәrәmә boylanıb sevinә-sevinә: “Paho, sәnsәn,
Lorensa Lopes?! Tikiş maşının necә işlәyir?” – soruşdu.
O bu maşını mәnә, azı, iyirmi il әvvәl bağışlamışdı…
Dedim, “çoxdan canı çıxıb, neylәmәk olar, bu dünyada
heç nә әbәdi deyil – nә insanlar, nә әşyalar”. O isә dedi
ki, mәn heç nә qanmıram, dünya әbәdidi, sonra da evә
girdi, onu küçәdә gözlәyәn mәiyyәtini büsbütün unu -
daraq burğacla tikiş maşınını sökmәyә, hissәlәrini bir-bir
maşın yağıyla yağlamağa başladı… belәcә, tikiş
maşınıyla xeyli әllәşdi… o lәhlәyir, buğa kimi fısıldayıb
fınxırırdı, әllәri, pal-paltarı, üz-gözü dә maşın yağına
104 bulaşmışdı… üç saatdan sonra tikiş maşını tәzә maşın
kimi işlәdi!” Bәli, o vaxtlar o bu cür adam idi, әn xırda