Page 107 - Patriarxın payızı
P. 107

PATRİARXIN PAYIZI

          canına nәdәnsә üşütmә düşür, özününsә ağlına belә
          gәlmirdi ki, bu tәşrifinin lәnәtli izi, ya nişanәsi bu evdә
          hәmişәlik qalacaq. O bunu hansısa siyasi mәqsәdlә yox,
          sonralar da olduğu kimi, xalqın mәhәbbәtini vә pәrәs -
          tişini qazanmaqdan ötrü elәyirdi, çünki bu mәhәbbәtә
          ehtiyacı vardı; bir dә ona görә belә elәyirdi ki, әslindә,
          çox sadәydi, necә görünürdüsә, elә hәmin adam idi, o
          dövrlәr hakimiyyәt onun üçün, sonralar ömrünün tox
          payızında olduğu kimi, adamı tәdricәn içinә soran ba -
          taqlıq yox, coşqun sel idi vә hәmin bu sel hamımızın
          gözlәri qarşısında әn qәdim, әn dәrin qatlardan fışqırıb
          üzә çıxan axına bәnzәyirdi; onu hakimiyyәt idarә
          elәmirdi, o, hakimiyyәti idarә edirdi vә bar vermәsi
          qәrara alınmış ağacı barmağıyla göstәrmәyi kifayәt idi
          ki, hәmin ağac bar versin, balalaması qәrara alınmış
          heyvanı göstәrmәyi kifayәt idi ki, hәmin heyvan bala -
          lasın, hansısa mәqsәdinә yetmәsi vacib bilinәn adamı
          göstәrmәyi kifayәt idi ki, hәmin şәxs mәqsәdinә çatsın;
          o, yağışı mәhsula ziyan verәcәk yerlәrdә dayandırıb
          quraq torpaqlara yağmağa da mәcbur elәyә bilirdi…
          “Senyor, bütün bunları öz gözlәrimlә görmüşәm!” Onun
          haqqında yayılan bütün bu әfsanәlәr o, hakimi-mütlәq
          olub, özü dә buna inanandan çox-çox әvvәllәr – o, hәlә
          müxtәlif әlamәtlәrә, qara-qura yuxuların, vәhylәrin yozu-
          muna, cadu-pitiyә inandığı illәrdә yaranmışdı… Mә -
          sәlәn, bir dә gördün, yenicә başladığı sәfәrini yarıda
          kәsirdi ki, nә var-nә var, başı üzәrindәn uçub-keçәn
          piqma quşu bir-iki ağız cükküldәyib… yaxud camaatla
          görüşünü başqa vaxta keçirirdi ki, nә var-nә var, anası
          Bendisyon Alvarado bir toyuq yumurtasında iki yumur -
          tanın sarısını aşkar edib; bir dәfә isә – növbәti sәfәri
          әrәfәsindә onu hәr yerә müşayiәt edәn mәiyyәtindәn,
          adәtәn, cәsarәti çatmadığı çıxışları onun әvәzinә elәyәn
          senatorlardan vә millәt vәkillәrindәn o sәbәbdәn imtina
          etmişdi ki, hәmin gecә qorxulu yuxu görmüşdü… gör -     107
          müşdü ki, böyük, mebelsiz bir otaqda qәssab bıçaqlarıyla
          silahlanmış boz pencәkli kişilәrin әhatәsindәdi… hәmin
   102   103   104   105   106   107   108   109   110   111   112