Page 26 - orfoqrafiya_lugeti
P. 26
“Yeni orfoqrafiya lüğəti üzərində işə başlanılarkən paralel şəkildə
müxtəlif növ mətnlərin (dövlət qurumları saytları, KİV, dublyaj, təhsil,
tədris, elmi-bədii nəşrlər və s.) Azərbaycan dilində tərtibi və tərcüməsi
prosesində nəzərə çarpan qüsur və xətalarla bağlı təhlil və araşdırma
işlərinə də start verildi.
...İşin davamı olaraq 2017-ci ildə yığcam orfoqrafiya vəsaiti –
“Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü” (ADTM) ərsəyə gətirildi,
kitab geniş oxucu kütləsinin istifadəsinə verilsə də, ümumilikdə dövləti
və milli əhəmiyyət daşıyıcısı olan nəşr üzərində iş dayandırılmadı.
Mərkəzin özəl söztoplayıcı “Söz hovuzu” proqramı vasitəsilə “Açıq
kitab” elektron kitabxanasında yer alan yüzlərlə ədəbi-bədii, elmi-
publisistik ədəbiyyatlardan söz yığımı prosesi davam etdirildi”.
Yeni orfoqrafiya lüğətinin müəllifi görülən işlərin detallarına varmaqla
yanaşı, lüğətin hansı strateji məqsədə xidmət etdiyini də doğru-düzgün
AZƏRBAYCAN DİLİNİN ORFOQRAFİYA LÜĞƏTİ
müəyyənləşdirir:
“Məlum olduğu kimi, statusundan, çalışdığı sahə, yaxud fəaliyyət
spesifika sından asılı olmayaraq hər bir azərbaycanlının masaüstü dil
vəsaiti funksiyasını daşıyan “Azərbaycan dilinin orfoqrafiya lüğəti” elə
bir mənbə olmalıdır ki, Azərbaycan ədəbi dilinin söz ehtiyatını müəyyən
etdirməklə yanaşı, sözləri vahid düzgün yazılış qaydasında mükəmməl
şəkildə təqdim edə bilsin”.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 aprel 2019-cu il
tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan dilinin Orfoqrafiya Normaları”na
uyğun olaraq tərtib edilmiş lüğət 65 000 sözü əhatə etsə də, onun ön
sözündə göstərilirdi ki, “Mərkəz lüğətin təkmilləşdirilməsi işini daim
davam etdirəcək və bu sahədə hər bir səmərəli təklifə açıq olacaq”.
Əslində, “hər bir azərbaycanlının masaüstü dil vəsaiti funksiyasını
daşıyan” əsər məhz bu yolla – “hər bir səmərəli təklifə açıq olmaq”la
hazırlana bilər. Və o da tamamilə təbiidir ki, orfoqrafiya lüğəti üzərində
iş heç zaman dayanmamalıdır.
Artıq bir neçə dəfə qeyd olunduğu kimi, ADTM-də Azərbaycan
dilinin yeni orfoqrafiya lüğətini yaratmaq ideyası mövcud lüğət nəşrlərinin
son dərəcə qüsurlu hazırlandığına (və həmin qüsurların tezliklə aradan
qaldırılma ehtiyacına) görə meydana çıxmışdı. Hələ “Azərbaycan dilinin
işlək orfoqrafiya sözlüyü”nün (2017) ön sözündə bu cür qüsurların
təsnifatı barədə məlumat verilmiş, “Azərbaycan dilinin orfoqrafiya
lüğəti”nin (2020) ön sözündə isə tərtibçi-müəllif həmin təsnifatı daha
ətraflı şərh etmişdir.
26