Page 31 - orfoqrafiya_lugeti
P. 31
Tərtibçidən
AZƏRBAYCAN DİLİNİN
ORFOQRAFİYA LÜğƏTİ HAQQINDA
Son illər qüdrətli Azərbaycan dövlətinin əldə etdiyi qələbələr, hərbi,
iqtisadi, sosial-mədəni, diplomatik sahələrdə qazandığı uğur və zəfərlər
ölkənin ictimai-siyasi, sosial həyatı ilə yanaşı, tarixini, mədəniyyətini,
ədəbiyyatını, bu sıradan – hər bir xalqın milli “Mən”inin, duyğu, düşüncə,
özünüifadə və ünsiyyət özəlliyinin bilavasitə aynası olan dilini dünya
ictimaiyyətinin diqqət mərkəzinə gətirməkdədir. Prosesin təbii davamı
olaraq Azərbaycan dilinin ümumi mənzərəsini, xarici dillərə inteqrasiyası
və tərcümə mədəniyyətini sərgiləyən dil qaynaqlarımız – milli ədəbiyyat
nümunələrimiz, lüğət və sözlüklərimiz, o cümlədən xüsusi dövləti
əhəmiyyət kəsb edən – Ana dilimizin rəsmi sənədi, söz ehtiyatımızın
müstəsna mənbəyi olan “Azərbaycan dilinin orfoqrafiya lüğəti” bu
gün beynəlxalq müstəvidə öyrənilməkdə, tədris və tədqiq edilməkdə,
istifadə və maraq çevrəsini gün-gündən genişləndirməkdədir. Azərbaycanın
qədim tarixi, mədəniyyəti, adət-ənənələri, milli mental keyfiyyət və
xüsusiyyətləri, xalçaçılıq, dulusçuluq, oymaçılıq, misgərlik, boyakarlıq, AZƏRBAYCAN DİLİNİN ORFOQRAFİYA LÜĞƏTİ
naxışçılıq, zərgərlik və s. kimi peşə-sənət sahələri barədə sözlərin düzgün
seçimi, tətbiq və istifadə arealının əhatəliliyi ilə dolğun təsəvvür yaradan
yeni orfoqrafiya lüğəti məhz bu ali və müqəddəs məramla – Ana dilimizin
dünyaya, layiq olduğu səviyyədə təqdim olunması, digər dünya xalqları
dilləri ilə yanaşı beynəlxalq müstəvidə istifadəsi, öyrənilməsi sahəsinə
töhfə olaraq ərsəyə gətirilmişdir.
Azərbaycan ədəbi dilinin tətbiqi imkanlarının genişləndirilməsi,
istifadə və üslub mexanizmlərinin yenilənməsi prinsipi əsasında tərtib
olunmuş lüğətin başlıca uğurlarından biri – nəşrin, milli orfoqrafiya
lüğəti tarixində (1929–2021) ərsəyə gətirilən lüğətlərdə yer almamış
aydın, banbal, batağan, bişməcə, boyaçı, böv, buzxana, bükməçi,
bürümə, ceviz, çaba, çağrı, çaxçur, çaxıntı, çalkeçir, çətələ, çinə, çivzə,
çodar, dağçı, deşdək, dərnə, diləkçə, diriliş, dolğu, əkinti, əntiqçi, əsim,
gödəkçə, görəlgə, görüntü, gözləm, guppun, gülməcə, günəşum, güvən,
köçkün, kürəyəc, qamçı, qayım, qomarğa, qorqud, qovana, qurğan,
qural, quralma, qurmaca, quytun, quzaq, lumu, maya, milçə, odər,
31