Page 27 - orfoqrafiya_lugeti
P. 27

Ancaq çox keçmədi ki, Dilçilik İnstitutu orfoqrafiya lüğətinin “yenidən
           işlənmiş  7-ci  nəşr”ini  (2021)  yayımladı  ki,  onun  ön  sözündə  lüğətin
           birinci nəşrinin 11 000, ikinci nəşrinin 20 000, üçüncü nəşrinin 40 000,
           dördüncü nəşrinin 58 000, beşinci nəşrinin 80 000 sözü əhatə etdiyi qeyd
           olunduqdan  sonra  göstərilir:  “2013-cü  ildə  nəşr  olunmuş  sonuncu
           orfoqrafiya  lüğəti  isə  həcminə  görə  daha  böyük  olmuşdur.  Lüğətdəki
           sözlərin sayı 104 mini, əlavələrlə birlikdə 110 mini keçir. “Azərbaycan
           dilinin orfoqrafiya lüğəti”nin yeni – yeddinci nəşrindəki sözlərin sayı isə
           90 minə yaxındır”.
               Əlbəttə,  ADTM-in  yeni  orfoqrafiya  lüğəti  hazırlaması  prosesində
           Dilçilik İnstitutunun nəşrləri barədə göstərdiyi iradlar, eləcə də Mərkəzin
           ilk nəşrlərdən rəhbər tutduğu elmi-metodiki prinsiplər cəmiyyətdə böyük
           rezonans doğurmaya bilməzdi. Və odur ki, Dilçilik İnstitutu yeni nəşr
           üzərində işə müəyyən qədər ciddi yanaşmağa məcbur oldu:
               “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin sonuncu 2013-cü il nəşri
           haqqında müsbət fikirlərlə yanaşı, bir sıra iradlar, fərqli və mübahisəli
           yanaşmalar  da  irəli  sürülmüşdür.  Lüğətin  yeni  nəşri  hazırlanarkən
           göstərilən qeydlər və təkliflər nəzərə alınmış və onların islahı istiqamətində
           zəruri  redaktə  işləri  yerinə  yetiril  mişdir.  Redaktə  işlərinin  nəticəsində
           sözügedən lüğətdən 18 mindən çox söz çıxarılmışdır. Bu qəbildən olan
           sözlər sırasında ərəb və fars dillərindən alınma qəliz və çətin anlaşılan
           sözlər, eləcə də bəzi qondarma və arxaikləşmiş sözlər üstünlük təşkil  AZƏRBAYCAN DİLİNİN ORFOQRAFİYA LÜĞƏTİ
           edir.
               “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin (Dilçilik İnstitutu, 2021)
           ön sözündən belə məlum olur ki, həmin nəşr üzərində aparılmış “redaktə”
           işi heç də lüğətin tərtibi işinin bu və ya digər dərəcədə elmi fundament
           üzərinə qaldırılması demək deyil. Nəşrdən nəşrə keçərək standartlaşan,
           qəlibləşən, bir növ, “qələti-məşhur” şəkli alan qüsurlar o qədər çox, eyni
           zamanda “rəngarəng”dir ki, onlara “daxil”dən yox, “xaric”dən əsaslı bir
           tənqidi baxış tələb olunurdu. Və Mərkəzin 2015-ci ildən apardığı intensiv
           araşdırmalar nəticəsində hazırlayaraq 2022-ci ildə daxili istifadə üçün
           çap  etdirdiyi  ““Azərbaycan  dilinin  orfoqrafiya  lüğəti”ndən  çıxarılan
           sözlərin təsnifatı” kitabı həmin tələbi layiqincə qarşılamış oldu.
               “Təsnifat”ın tərtibçisi ön sözdə göstərir ki, “2015-ci ildən başlayaraq
           dövlət  dilinin  düzgün  tətbiqi  və  tərcümə  sahəsinin  tənzimlənməsi
           istiqamətində Mərkəz tərəfindən aparılan təhlil və araşdırmalar nəticəsində
           Ana dilimizin rəsmi qaynağı, yazılı və şifahi istifadəsinin örnək mənbəyi
           olan “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndə (Nəsimi adına Dilçilik

                                                                         27
   22   23   24   25   26   27   28   29   30   31   32