Page 24 - orfoqrafiya_lugeti
P. 24

ilə nitqin sintaksisə tabe stilistik maneraları arasında zamanın çağırışları
               ilə səsləşən elə prinsiplər və ya qaydalar müəyyən edir ki, ana dilinin
               sözlərini bütün miqyası ilə siyahıya almağa çalışan (eyni zamanda bu
               siyahının  az-çox  mükəmməlliyinə  həmişə  şübhə  ilə  yanaşan)  tərtibçi
               həmin prinsiplərə və ya qaydalara sadəcə əməl etməklə kifayətlənməməli,
               eyni zamanda onları idarə etməyin elə nümunələrini verməlidir ki, bu və
               ya digər xalqın lüğətini tərtib etmək kimi, əslində, texniki iş təsəvvürü
               yaradan bir fəaliyyəti sözün həqiqi mənasında yaradıcılıq işi səviyyəsinə
               yüksəltmiş olsun.


                                              * * *
                   Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti, artıq qeyd etdiyimiz kimi,
               XX əsrin 20-ci illərindən başlayan ardıcıl lüğət yaradıcılığı axtarışlarının
               ənənəsinə əsaslanır ki, həmin ənənəni professor Bəkir Çobanzadə başda
            AZƏRBAYCAN DİLİNİN ORFOQRAFİYA LÜĞƏTİ
               olmaqla Azərbaycan dilçiliyini yaradanlar qoymuşlar.
                   Azərbaycan  Dövlət  Tərcümə  Mərkəzinin  nəşr  etdiyi  “Azərbaycan
               dilinin orfoqrafiya lüğəti”nin ön sözündə tərtibçi-müəllif Afaq Məsud
               sözügedən  ənənənin  taleyi  barəsində  yazır:  “Orfoqrafiya  lüğətçiliyi
               tariximizə nəzər saldıqda dilimizin söz ehtiyatını, düzgün yazılış qaydalarını
               müəyyən edən ilk orfoqrafik vəsaitin 1929-cu ildə latın əlifbasında işıq
               üzü görmüş “İmla lüğəti” (müəllifi: V.Xuluflu) olduğunu, nəşrin 1940,
               1960, 1975-ci illərdə genişləndirilərək kiril əlifbasında, 2004, 2013-cü
               illərdə yenidən latın əlifbasında (“Azərbaycan dilinin orfoqrafiya lüğəti”
               –  Milli  Elmlər  Akademiyasının  Nəsimi  adına  Dilçilik  İnstitutu)  çap
               edildiyini, növbəti nəşrlərdə söz ehtiyatının ilkin olaraq müəyyən edilmiş
               20 000-dən dilin inkişaf prosesi üzrə 50 000-ə, sonrakı nəşrlərdə 75 000-ə
               yüksəldiyini, beşinci və altıncı nəşrlərdə isə əvvəl 90 000-ə, daha sonra
               110 000-ə çatdırıldığını izləmiş oluruq”.
                   Müəllif tamamilə haqlı olaraq orfoqrafiya lüğətlərində xüsusilə son
               illər həcm artımının dilin leksikonunda gedən qanunauyğun proseslərlə
               bağlı olma dı ğını göstərir:
                   “İlk baxışdan 90 illik lüğətçilik tarixini əhatə edən bu statistika ana
               dilimizin  lüğət  tərkibinin  həyat  axarıyla  dövrün  tələblərinə  uyğun
               zənginləşməsi, müxtəlif funksional üslub sahələri üzrə zəruri leksik ifadə
               imkanları  qazanması  səbəbindən  irəli  gələn  təbii  söz  artımı  prosesi
               təəssüratını yaratsa da, son lüğətlər üzərində təhlil və araşdırma işlərinə
               başlayarkən mənzərənin heç də göründüyü kimi olmadığı, xüsusilə son
               nəşrlərdə izlənən bu aktiv artım tempinin dilimizin aşınmasına, milli-

                 24
   19   20   21   22   23   24   25   26   27   28   29