Page 19 - orfoqrafiya_lugeti
P. 19
baxımından sıx qarşılıqlı müna sibətləri dərhal özünü göstərir. Və hətta
ən sıravi dil daşıyıcısı ən azından hiss edir ki, sözlər kəmiyyətindən asılı
olmayaraq siyahıda (lüğətdə) bir-birini yuxarı da göstərilən münasibətlər
baxımından “çağırır”: onlar ya çoxmənalılıq, ya sino nimlik, ya omonimlik,
ya da antonimlik əlaqəsindədir. Orfoqrafiya lüğətinin birbaşa həmin
münasibətləri əks etdirən lüğətlərdən fərqi ondadır ki, bu barədə zahirən
“susur”, ancaq onun “bətn”ində bütün məna münasibətlərini işarələyən
söz-formalar o həddə ehtiva olunur ki, məsələn, polisemiya, sinonimiya,
omonimiya və s. lüğətlərini tərtib edərkən daha universal mənbə kimi
məhz orfoqrafiya lüğətinə istinad olunur.
Akademik Ağamusa Axundov dil haqqındakı elmin leksik-semantik
sistem barədəki təsəvvürünü fonetik-fonoloji və qrammatik olmaqla
digər dil sistemləri barədəki təsəvvürləri ilə müqayisə edərək yazır:
“1. Hər şeydən əvvəl, dilin lüğət tərkibi adamların müdaxiləsi üçün
bilavasitə açıqdır, o, konkret vahidləri dəyişməyə, müxtəlif mənşəli və
müxtəlif yaranma üsullu sözləri seçməyə imkan verir. Belə vəziyyət
fonoloji və qrammatik səviyyələrdə yoxdur.
2. Dilin leksik-semantik sisteminin ikinci xüsusiyyəti onun dilin
xarici strukturu, dil üslubları və nitq fəaliyyətinin müxtəlif kommunikativ
sahələri ilə bilavasitə bağlılığıdır, belə ki, leksik sistemin təsvirində dilin
daxili və xarici struk turu təlimləri bir-biri ilə kəsişir...
3. Nəhayət, leksik-semantik sistemin üçüncü xüsusiyyəti odur ki, AZƏRBAYCAN DİLİNİN ORFOQRAFİYA LÜĞƏTİ
leksik-semantik kateqoriyalar müxtəlif və çoxlu semantik əsaslara görə
müəyyənləşir. Buna görə də onun kateqoriyaları fonoloji oppozisiyalar
və qrammatik kateqo riyalar qədər qapanmış xarakter daşımır”.
Bu isə o deməkdir ki, dilin leksik-semantik sistemini bütün təfərrüatı
ilə heç bir lüğətdə, hətta həmin sistemi tam həcmdə əks etdirmək
iddiasında olan orfoqra fiya lüğətində də ehtiva eləmək prinsip etibarilə
mümkün deyil. Ancaq bu və ya digər dilin leksikonunun maksimum
həcminin göstəricisi olaraq yenə də məhz orfoqrafiya lüğəti çıxış edir.
Məsələ burasındadır ki, hər hansı dilin leksikonunu mümkün qədər
təfərrüatı ilə əks etdirərkən orfoqrafiya lüğətini “məhdudlaşdıran” məhz
onun əsas missiyasıdır. Belə ki, burada hər cür söz deyil, müasir
orfoqrafiya qaydalarına uyğun olaraq yazılan ədəbi söz verilir. Və
ümumiyyətlə, orfoqrafiya lüğətinin əsas missiyası yazılı sözün ədəbiliyini
təsbit edərək qorumaqdır.
Orfoqrafiya qaydalarının, yaxud normalarının (və lüğətlərinin)
təcrübəsi göstərir ki, yazılı sözün ədəbiliyi, ilk növbədə, dialekt və ya
19