Page 16 - orfoqrafiya_lugeti
P. 16
qrafikası ilə çap olunmuş qiymətli nümunələrinin latın qrafikasında
yenidən kütləvi şəkildə nəşr olunması günün ən vacib məsələlərindən
biri olaraq qalır”.
Sərəncamda göstərildiyi kimi, əsas diqqət məhz Azərbaycan ədəbiyyatı,
mədəniyyəti və elminin nümunələrinin nəşrinə verilsə də, dünya ədəbiyyatı
da kənarda qalmamış, Homer, Firdovsi, Dante, Şekspir, Höte, Puşkin,
Lev Tolstoy, Fyodor Dostoyevski, Çingiz Aytmatov kimi klassiklərin
vaxtilə Azərbaycan dilinə tərcümə olunmuş əsərləri məhz ilk mərhələdə
buraxılmışdı. Ümumiyyətlə, sözügedən sərəncamın verilməsinin (və
onun həyata keçirilməsinin) tarixi əhəmiy yəti onda idi ki, a) latın
əlifbasına keçid yalnız cari, yaxud fövri bir akt olaraq qalmadı, ictimaiyyətin
sərəncamına dövlət hesabına get-gedə daha da artan zəngin ədəbiyyat
verildi; b) vaxtilə kiril əlifbasında nəşr olunmuş əsərlərdən başqa, yeni
əsərlər də kütləvi tirajlarla çap olunub oxuculara çatdırıldı ki, onların
AZƏRBAYCAN DİLİNİN ORFOQRAFİYA LÜĞƏTİ
içəri sində Azərbaycan dilinin ifadə imkanlarını genişləndirən həm orijinal,
həm də tərcümə əsərləri vardı; c) nəşrlərin kütləviliyi, ölkənin bütün
kütləvi kitabxanalarına, xüsusilə məktəb kitabxanalarına göndərilməsi,
müəyyən qisminin münasib qiymətlərə kitab mağazalarına verilməsi,
bunun ardınca özəl nəşriyyatlar şəbəkə sinin genişlənməsi latın əlifbasına
keçidi sözün həqiqi mənasında başa çatdırmış oldu.
Azərbaycan Prezidenti 2012-ci ilin may ayının 23-də “Azərbaycan
dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və
ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” sərəncam
verdi. Sərəncamda deyilir:
“Azərbaycan Respublikası öz müstəqilliyinin bərpasına nail olduqdan
sonra Azərbaycan dili xalqımızın ictimai-siyasi, sosial-iqtisadi və elmi-
mədəni həyatında dövlətin rəsmi dili kimi müstəsna əhəmiyyət kəsb
etməyə başlamışdır. Azərbaycan xalqının Ümummilli Lideri Heydər
Əliyevin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18
iyun 2001-ci il tarixli və “Azərbaycan Respub lika sında dövlət dili
haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə”
2 yanvar 2003-cü il tarixli fərmanları ilə ədəbi dilimizin fəaliyyət
meydanı daha da genişləndirilmiş, onun müxtəlif üslublarının potensialı
bir daha üzə çıxarılmış, bütövlükdə dil mədəniyyətimiz qarşısında yeni
üfüqlər açılmışdır”.
Bundan sonra sənəddə Azərbaycan dilinin olduqca geniş imkanlarından
heç də həmişə yetərincə istifadə olunmaması, ədəbi dilimizin inkişaf
qanunlarına zidd olan stilistik meyillərə, maraqlara meydan verilməsi,
16