Page 12 - orfoqrafiya_lugeti
P. 12

dünyanın  inkişaf  etmiş  dillərini  öyrənsin,  ancaq  birinci  növbədə,  ana
               dilini, dövlət dilini bilməlidir.
                   Azərbaycan yazıçılarının 1997-ci ilin oktyabrında keçirilən X qurul -
               tayındakı (bu, müstəqillik dövrünün ilk qurultayı idi) məşhur nitqində
               Ulu Öndərin dediyi sözlər Onun Azərbaycan dili barədəki təsəvvürlərinin
               fəlsəfi mahiyyətini aydın göstərir:
                   “Bu gün müstəqil bir dövlət kimi ən fəxr etdiyimiz bir də odur ki, bizim
               gözəl Azərbaycan dilimiz var. Azərbaycan dilinin formalaşmasında, inkişaf
               etməsində, bugünkü səviyyəyə çatmasında yazıçılarımızın, şairlərimizin,
               ədəbiyyatşünasların, dilçi alimlərin böyük xidməti var... Xalqı xalq edən,
               milləti millət edən onun ana dilidir. Layiqli ana dili olmayan, ana dilindən
               istifadə edə bilməyən, ana dilindən bəhrələnə bilməyən xalq, millət – xalq,
               millət ola bilməz”. Və o da çox əlamətdar, eyni zamanda Ulu Öndərin dil
               siyasətinin  perspektivlərinin  nədən  ibarət  olmasını  anlamaq  baxımından
            AZƏRBAYCAN DİLİNİN ORFOQRAFİYA LÜĞƏTİ
               əhəmiyyətlidir ki, əlavə olaraq tövsiyə etmişdir:
                   “Bizim birinci nailiyyətimiz o olmalıdır ki, öz dilimizi Azərbaycanda
               hakim dil etməliyik. Hər bir azərbaycanlı öz ana dilini bilməlidir, bu
               dildə  səlis  danış malıdır  və  bu  dili  sevməlidir.  Bununla  yanaşı,  biz
               çalışmalıyıq  ki,  məktəbləri mizdə,  universitetlərimizdə  gənclərimiz  bir
               neçə dil öyrənsinlər. Mütləq öyrən məli  dirlər”.
                   Əlbəttə, hər nə qədər sevimli, hər nə qədər doğma və qürurverici olsa
               da, ana dili, dövlət dili heç bir dilin timsalında müasir dünyanın intellektual
               mənzərəsini bütünlüklə əks etdirə bilməz. Ulu Öndər xüsusilə gənclərin
               xarici  (təbii  ki,  ilk  növbədə,  beynəlxalq)  dilləri  mütləq  öyrənmələrini
               tövsiyə  edərkən  onların  müasir  elmləri  mənimsəmə  imkanlarının
               genişlənməsi, dünya ilə daha sıx əlaqələrə girmək maraqlarının təmin
               olunması  ilə  yanaşı,  onu  da  nəzərdə  tuturdu  ki,  inkişaf  etmiş  dillərin
               mühitinə nüfuz edən hər kəs öz milli dil təfəkkürünü də zəngin ləşdirir,
               ana dilində daha məntiqli, daha obrazlı, daha təsirli danışmaq, yazmaq
               üsulları  qazanır.  Və  əgər  belə  demək  mümkünsə,  həmişə  “daxili”ndə
               olduğu dilə “xaric”dən də baxmaq imkanı əldə edir.
                   Azərbaycan Respublikası Prezidentinin “Dövlət dilinin tətbiqi işinin
               təkmilləşdirilməsi  haqqında”  18  iyun  2001-ci  il  tarixli  fərmanı,  heç
               şübhəsiz,  Azərbaycan  dilinin  bütün  tarixində,  ilk  növbədə,  ona  görə
               qeyri-adi bir hadisədir ki, dilə elmi münasibətlə siyasi münasibət bir-
               birini tamamlayır, eyni zamanda hər iki cəhət müstəqil dövlət quruculuğu
               ideallarının təzahürü olan milli təəssübkeşliklə həmahəng çıxış edir:


                 12
   7   8   9   10   11   12   13   14   15   16   17