Page 10 - orfoqrafiya_lugeti
P. 10

2021-ci illərdə hazır ladığı orfoqrafiya lüğətlərində aşkar edilmiş qüsurların
               müfəssəl təsnifini əks etdirir.
                   Təəssüf doğuran hal, Dilçilik İnstitutuna məxsus orfoqrafiya lüğətlərinin
               nəinki 5-ci (2004), 6-cı (2013), hətta Tərcümə Mərkəzinin kəskin tənqidi
               iradlarından  sonra  işıq  üzü  görmüş  7-ci  (2021) nəşrində  aşkarlanmış
               eyni qüsurların aydın şəkildə müşa hidə olunan inersiyasında qalmasıdır.
               Bu isə onu göstərir ki, həmin nəşrlərin müəllif kollektivi artıq adət halını
               almış tərtib texnikasından kənara çıxmaq, müasir tələblərə cavab verəcək
               mükəmməl lüğət modeli yaratmaq iqtidarında deyil.
                   Mərkəzin 2023-cü ildə ərsəyə gətirdiyi orfoqrafiya lüğətinin geniş
               ictimaiyyətə  təqdim  olunan  yeni  və  daha  mükəmməl  nəşri  üç  nəzəri-
               metodoloji  fundamentə  əsaslanır  ki,  onlardan  birincisi  –  Azərbaycan
               xalqının Ümummilli Lideri Heydər Əliyevin (və Onun qurub-yaratdığı
               müstəqil Azərbaycan dövlətinin) həyata keçirdiyi dil siyasətidir. Həmin
            AZƏRBAYCAN DİLİNİN ORFOQRAFİYA LÜĞƏTİ
               siyasət zəngin tarixi ənənələri olan Azərbaycan dilini həm qorumağın,
               həm də böyük bir xalqın mənəvi sərvəti olaraq inkişaf etdirməyin ideoloji
               prinsiplərini  müəyyənləşdirmişdir.  Əgər  sözügedən  dil  siyasəti  istər
               ölkədə,  istərsə  də  onun  hüdudlarından  kənarda  (xüsusilə  dünya
               azərbaycanlıları arasında) böyük uğurlar qazanmasaydı, belə bir təkmil
               Lüğət yaratmaq barədə ideya da, yəqin ki, meydana çıxmazdı.
                   İkinci  fundament  –  dil  haqqında  elmin  ümumən  söz  nəzəriyyəsi,
               eləcə də sözlük (lüğət) tərtib etmək metodları, üsulları barədə kifayət
               qədər mükəmməl qənaətlərdir ki, hazırkı nəşrdə həmin qənaətlər analitik
               təhlildən keçirilərək rəhbər tutulmuşdur.
                   Nəhayət, üçüncü fundament – Azərbaycanda orfoqrafiya lüğətçiliyinin
               heç də az zəngin olmayan ənənəsidir. Lakin 1920-ci illərin ciddi elmi-
               dilçilik müzakirələri əsasında tərtib olunmuş ilk orfoqrafiya lüğəti olan
               “İmla  lüğəti”nin  (1929)  xeyli  dərəcədə  mükəmməl  təcrübəsi  sonrakı
               dövrlərdə  həm  siyasi  rejimin  təsirindən  irəli  gələn  obyektiv,  həm  də
               peşəkarlıq  səviyyəsinin  aşağı  düşməsinin,  yaxud  laqeyd liyin  nəticəsi
               olan subyektiv səbəblərdən, çox təəssüf ki, inkişafdan qalmışdır.
                   Görkəmli söz ustası Afaq Məsudun müəllifi olduğu yeni orfoqrafiya
               lüğəti nin əsaslandığı nəzəri-metodoloji fundamentlər görülən dil yaradıcılığı
               işinin həm miqyasını, həm də keyfiyyətini parlaq şəkildə əks etdirir.

                                              * * *
                   Azərbaycan  xalqı  siyasi  müstəqillik  əldə  etdikdən  sonra  ölkədə
               Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən milli


                 10
   5   6   7   8   9   10   11   12   13   14   15