Page 9 - orfoqrafiya_lugeti
P. 9
ÖN SÖZ
Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri, Xalq
yazıçısı Afaq Məsudun müəllifi olduğu “Azərbaycan dilinin orfoqrafiya
lüğəti” A zər bay can lüğətçiliyi tarixində keyfiyyətcə yeni hadisədir. Və
həmin yeniliyin elmi-metodoloji əsasları barədə bəhs etməzdən əvvəl
Lüğətin yaranma ta rix çə sini nəzərdən keçirək.
Dövlət Tərcümə Mərkəzi 2017-ci ildə uzun illərin iş təcrübəsindən,
linqvistik-üslubi müşahidə və araşdırmalardan irəli gələrək ilk orfoqrafiya
vəsaitini – “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü”nü ərsəyə
gətirdi. Sözlük son illərin (2004, 2013-cü illərin) orfo qra fiya lüğətlərinə
alternativ olaraq hazırlanmış, kitabın ön sözündə bu barədə yığcam
məlumat verilmişdi. Afaq Məsudun rəhbərliyi ilə lüğət yaradıcılığı işini
getdikcə daha da genişləndirən Tərcümə Mərkəzi 2020-ci ildə həmin
Sözlük əsasında təkmil ləşdirilmiş növbəti nəşrini – “Azərbaycan dilinin
orfoqrafiya lüğəti”ni ger çək ləşdirdi.
Lüğət ön sözdə öz missiyasını aşağıdakı şəkildə bəyan edir:
“Azərbaycan dili dünyanın ən inkişaf etmiş, zəngin dillərindən biri,
eyni zamanda müstəqil Azərbaycan Respublikasının dövlət dilidir. AZƏRBAYCAN DİLİNİN ORFOQRAFİYA LÜĞƏTİ
Dilimizin saflığının qorunması və inkişafına hər zaman xüsusi önəm
vermiş böyük Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət dil siyasəti bu
gün Azərbaycan Respublikasının Prezi denti İlham Əliyev tərəfindən
uğurla həyata keçirilir.
...Hər bir dilin inkişafını, düzgün istifadəsini şərtləndirən başlıca
meyarlar sırasında onun söz ehtiyatının lüğət tərkibinin zənginliyi və
saflığı ilə yanaşı, təsbit edilmiş orfoqrafiya qaydalarının səlisliyi, bu
qaydalara əməl olunmasını özündə ehtiva edən müvafiq vasitələrin,
başlıca olaraq mükəmməl orfoqrafiya lüğətinin mövcudluğu dayanır”.
Mərkəz bu nəşrdən sonra da orfoqrafiya lüğəti üzərində aparılan
təkmilləşdirilmə işini davam etdirməklə kifayətlənmədi, əvvəlki lüğətlərdə
buraxılmış çoxsaylı qü sur və xətaların müəyyən edilməsi niyyəti ilə
ciddi metodiki prinsiplər əsasında ayarlama işi apardı ki, bu da öz əksini
2022-ci ildə nəşr olunan “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndən
çıxa rılan sözlərin təsnifatı” adlı kitabda tapdı. Daxili istifadə üçün
nəzərdə tutul muş kitab Nəsimi adına Dilçilik İnstitutunun 2004, 2013 və
9