Page 11 - orfoqrafiya_lugeti
P. 11
dövlət quruculuğu hərəkatının üzvi tərkib hissəsi olaraq dil quruculuğu
müxtəlif aspektlərdən çox mühüm bir sahə kimi ön plana çıxmış, ciddi
ictimai, siyasi və mədəni müzakirələrin predmetinə çevrilmişdir. Ümummilli
Liderin dil siyasətində üç aparıcı tenden siya diqqəti xüsusilə cəlb edir:
1) Azərbaycan dilinin Azərbaycan Respublikasında hüquqi (konstitusion)
baxımdan dövlət dili səviyyəsinə yüksəldilməsi;
2) ölkə daxilində dövlət dilinin işlənməsinin müasir tələblərə cavab
verməsi üçün zəruri tədbirlərin görülməsi;
3) beynəlxalq miqyasda (o cümlədən dünya azərbaycanlıları arasında)
Azər baycan dilinin təbliği.
Məlum olduğu kimi, müstəqilliyin ilk illərində milli dövlət (və dil)
qurucu luğuna səriştəsiz, populist və hətta avantürist mövqedən yanaşan
bir sıra qüv vələrin təhriki ilə mövcud tarixi ənənələrə sayğısızlıq
göstərilmiş, dövlət dilinin Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında
əksini tapmış adı heç bir əsas olmadan “türk dili” adı ilə əvəzlənmişdi.
Bu isə, əlbəttə, həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda
haqlı etirazlar doğurmaqda idi. 1995-ci ildə Azərbaycan Respublikasının
ilk Konstitusiyasının layihəsi hazırlanarkən Azər baycan Prezidentinin
təklifi ilə dövlət dili haqqındakı maddə ümumxalq səs verməsinə ayrıca
qoyularaq qəbul edildi ki, həmin maddədə “Azərbaycan Respub likasının
dövlət dili Azərbaycan dilidir” müddəası təsbit olunur.
Müstəqilliyini yeni əldə etmiş dövlətin üz-üzə qaldığı siyasi, sosial- AZƏRBAYCAN DİLİNİN ORFOQRAFİYA LÜĞƏTİ
iqtisadi çətinliklərə rəğmən, Ümummilli Lider Azərbaycan dilinin
Azərbaycan cəmiyyətində, xüsusilə onun, müəyyən mənada, “yuxarı
təbəqə”sini təşkil etmək iddiasında olmuş rusdilli əhali arasında mövqeyinin
yüksəlməsi üçün həlledici tədbirlər gördü. Sovet dövründə uzun illər
dövlət idarələrində çalışmış, Azərbaycan dilini yaxşı bilməyən
mütəxəssislərin tədricən Azərbaycan dilini mənimsəməsini müxtəlif
çıxışlarında Prezident yalnız rəsmi yox, şəxsi nüfuzundan da istifadə
etməklə ardıcıl tələb edir, vaxtilə ümumittifaq miqyaslı sahələrdə –
hərbidə, nəqliyyatda, hüquq-mühafizə orqanlarında, beynəlxalq
münasibətlərdə və s.-də milli dilin işlədilməsini sürətləndirəcək layihələr
həyata keçirirdi. Zəngin idarəçilik təcrübəsi olan dövlət adamının yeni
Konstitusiyanın qəbulundan sonrakı müxtəlif xarakterli görüşlərində –
orta məktəblərdən başlamış xaricdəki diaspor təşkilatlarına qədər – dil
məsələsi həmişə əsas müzakirə mövzularından biri olmuşdur ki, bu
zaman Heydər Əliyev hər bir vətəndaşın öz dövlət dilini dərindən
bilməsinin zərurətini əsaslandırırdı. Və göstərirdi ki, insan gərək müasir
11