Page 13 - orfoqrafiya_lugeti
P. 13

“Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi göstərir ki, Azərbaycan
           xalqı dünyanın ən qədim xalqlarındandır.
               ...Qədim və zəngin tarixə malik türk dili ailəsinin oğuz qrupuna daxil
           olan Azərbaycan  dilinin  tarixi  miladdan  əvvəlki  dövrlərə  gedib  çıxır.
           Ayrı-ayrı türk boy birləşmələrinin ümumi anlaşma vasitəsi olan bu dil
           IV-V əsrlərdən ümumxalq danışıq dili kimi fəaliyyət göstərməyə başla -
           mışdır.
               ...Azərbaycan  ədəbi  dilinin  yazılı  qolu  da  əlverişli  tarixi  şəraitdə
           ümumxalq dili əsasında təşəkkül tapmışdır. Xalq şifahi şəkildə yaratdıqlarını
           əbədiləşdirmək üçün sonradan onları yazıya köçürmüşdür”.
               “Kitabi-Dədə Qorqud”u Azərbaycan yazılı dilinin səciyyəvi nümunəsi
           olaraq təqdim edən fərmanda göstərilir ki, “həm eposun, həm də “Kitab”ın
           “meydana  çıxması  üçün  Azərbaycan  dili  böyük  tarixi-ədəbi  hazırlıq
           mərhələsi keçməli idi”. Həsənoğlu, Qazi Bürhanəddin, Nəsimi... xətti ilə
           inkişaf  edən,  zəngin  diferensial  üslubi  maneralar  nümayiş  etdirən
           Azərbaycan  ədəbi  dilinin  XVII-XVIII  əsrlərdə  xəlqiləşdiyini,  demok -
           ratikləşdiyini xatırlatdıqdan sonra fərman XIX əsrdən başlayan funksional
           üslub təzahürləri, terminoloji yeniləşmə, ana dili tədrisinin genişlənməsi
           kimi məsələlərə toxunur, XX əsrin əvvəllərindəki ədəbi dil müzakirələri,
           mübahisələri barədə bəhs edir. Və ümumiyyətlə, bu son dərəcə mükəmməl
           rəsmi sənəd Azərbaycan ədəbi dili tarixinin ayrı-ayrı dövrləri, mərhələləri
           haqqındakı təsəvvürləri vahid bir məcrada nəzərdən keçirməyin klassik  AZƏRBAYCAN DİLİNİN ORFOQRAFİYA LÜĞƏTİ
           örnəyi sayıla bilər.
               “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Prezident
           fərmanının tarixi əhəmiyyətini müəyyən edən cəhətlərdən biri də odur
           ki, sənəddə Azərbaycan dilinin bir sıra problemləri sadalanmış, onların
           aradan  qaldırılması  məqsədilə  konkret  qərarlar  qəbul  olunmuşdur.
           “Azərbaycan dilinin özünəməxsus inkişaf qanunları ilə cilalanmış kamil
           qrammatik quruluşu, zəngin söz fondu, geniş ifadə imkanları, mükəmməl
           əlifbası,  yüksək  səviyyəli  yazı  normaları”  olduğu  göstəriləndən  sonra
           təəssüflə etiraf edilir ki, “ölkəmizin orta və ali məktəblərində Azərbaycan
           dilinin  müasir  dünya  standartlarına,  milli-mənəvi  inkişaf  tariximizin
           tələblərinə cavab verən tədrisi işinin təkmilləşdirilməsinə ehtiyac vardır.
           Bir çox kütləvi informasiya vasitələrində, rəsmi yazışmalarda, kargüzarlıq
           və sair sahələrdə Azərbaycan ədəbi dilinin normalarına lazımınca əməl
           edilmir.  Azərbaycan  dilinin  reklam  işində  istifadə  edilməsində  ciddi
           qüsurlar müşahidə olunur... Azərbaycan Respublikasının xarici siyasət
           sahələrində,  xüsusilə  ölkəmizdə  fəaliyyət  göstərən  səfirlik,  xarici

                                                                         13
   8   9   10   11   12   13   14   15   16   17   18