Page 15 - orfoqrafiya_lugeti
P. 15

vasitələrini  də  əhatə  edir,  əhalinin  artıq  böyük  hissəsi,  xüsusilə  gənc
           nəsil yeni əlifba ilə yazıb-oxumaq vərdişlərinə yiyələndiyini göstərirdi.
           Ona  görə  də Azərbaycan  Prezidenti  sözügedən  fərmanla  2001-ci  ilin
           avqust ayının 1-dən bütövlükdə latın əlifbasına keçilməsini təmin etdi.
           Həmin ilin avqust ayının 9-da isə Prezident növbəti fərmanı ilə avqust
           ayının 1-ini Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü elan elədi.
               Cəsarətlə demək olar ki, “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi
           haqqında” fərman Azərbaycan Respublikasının – müstəqil Azərbaycan
           dövlətinin  (eləcə  də  Ümummilli  Lider  Heydər  Əliyevin)  apardığı  dil
           siyasətinin bir tərəfdən yekunu idisə, digər tərəfdən də həmin siyasətin
           gələcək  perspektivlərini  müəyyən  edirdi.  Və  təsadüfi  deyildi  ki,  çox
           keçmədən – 2002-ci ilin sentyabr ayının 30-da Azərbaycan Respublikasının
           Milli Məclisi məhz 18 iyun 2001-ci il tarixli fərmanın göstərişi əsasında
           “Azərbaycan  Respublikasının  dövlət  dili  haqqında”  qanun  qəbul  etdi.
           Qanun Azərbaycan dilinin yeni tarixi statusunu təsbit edən bu sözlərlə
           başlanır:
               “Azərbaycan  Respublikası  Azərbaycan  dilinin  dövlət  dili  olaraq
           işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır,
           onun  tətbiqi,  qorunması  və  inkişaf  etdirilməsi  qayğısına  qalır,  dünya
           azərbaycanlılarının Azər baycan  dili  ilə  bağlı  milli-mədəni  özünüifadə
           ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır”.
               Azərbaycan xalqının yalnız beşdən birinin Azərbaycan Respublikası  AZƏRBAYCAN DİLİNİN ORFOQRAFİYA LÜĞƏTİ
           ərazi sində  yaşadığını  nəzərə  alsaq,  burada  dünya  azərbaycanlıları  ilə
           bağlı məsələyə ayrıca diqqət yetirilməsi, əlbəttə, sadəcə, təbii yox, həm
           də son dərəcə zəruridir.
               Qanunun əsasını təşkil edən “Dövlət dilinin işlənməsi, qorunması və
           inkişafı”  adlı  II  fəslin  13-cü  maddəsində  göstərilir  ki,  “müvafiq  icra
           hakimiyyəti orqanı 5 ildə bir dəfədən az olmayaraq yazı dili normalarını
           təsbit edən lüğətin (orfoqrafiya lüğətinin) nəşr olunmasını təmin edir”.
           Bu isə dilin işlənməsi, qorunması və inkişafında orfoqrafiyaya ənənəvi
           olaraq nə qədər böyük önəm verildiyini təsdiq etməkdədir.
               Ümummilli Liderdən sonra da Azərbaycan dövləti özünün müstəqil
           dil  siyasətini  uğurla  gerçəkləşdirir  ki,  bunun  ilk  mühüm  göstəricisi
           Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası
           ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il
           tarixli cərəncamı oldu. Sərəncamda deyilir ki, “latın qrafikalı Azərbaycan
           əlifbası artıq həyatımızın bütün sahələrində tam yerini tutmuşdur. Bununla
           yanaşı,  Azərbaycan  ədəbiyyatı,  mədəniy yəti  və  elminin  vaxtilə  kiril

                                                                         15
   10   11   12   13   14   15   16   17   18   19   20