Page 20 - orfoqrafiya_lugeti
P. 20
canlı danışıqdakı çoxvariantlılıqdan qorunur ki, həmin çoxvariantlılıq
təsadüfi olmayıb, dilin təbiətindən, onun diferensiasiya cəhdlərindən
irəli gəlir. Və beləliklə, dil ümumxalq səviyyəsində həm forma, həm də
məzmunca sözün çoxvariantlılığına can atır, ədəbi səviyyədə isə
təkvariantlılıq müdafiə olunur ki, sonuncunun qarantı xalqın ziyalıları,
ədəbiyyatı, mədəniyyəti, təhsilidir. Lakin unutmaq olmaz ki, orfoqrafiya
normalarının (və lüğətinin) müəyyən dövrdə imtina etdiyi, qarşısını
aldığı dialekt və ya canlı danışıq vahidlərinin bir qismi zaman-zaman
ədəbi status qazana bilər.
Arxaizmlərin, neologizmlərin sözügedən lüğətdə əksini tapıb-tapmamasına
gəldikdə demək lazımdır ki, mövcud təcrübə dəqiq meyarlar vermir, ancaq
məhz ədəbi normativlik prinsipi tələb edir ki, istər arxaizmin, istərsə də
neologizmin orfoqrafiya lüğətindəki yeri nə dərəcədə işlək olub-olmaması
ilə təyin olunsun. Qeyd edək ki, Azərbaycan dilinin hazırkı yeni orfoqrafiya
AZƏRBAYCAN DİLİNİN ORFOQRAFİYA LÜĞƏTİ
lüğəti həmin prinsipi o baxımdan müəyyən qədər dəqiqləşdirmiş, başqa
sözlə, zənginləşdirmişdir ki, hər iki hadisəyə dil üçün hansı səviyyədə
perspektivli olması ehtimalından çıxış edilərək yanaşılmışdır. Yəni tərtibçi
bu və ya digər hələlik passiv cəbhədə dayanan bir sözü (arxaizmi, adi
danışıq vahidini, neologizmi və s.) lüğətə daxil etmişdirsə, cari dil
proseslərində onun tezliklə önə çıxacağı ehtimalına əsaslanır.
Sözü lüğətə gətirən birinci tələb onun mənaca bütövlüyü, bu və ya
digər anlayışı rahat ifadə etməsidirsə, ikinci tələb fonetik mütəşəkkilliyidir.
Azərbaycan dili, ümumən türk dilləri iltisaqi quruluşun (tipologiyanın)
təbiətindən irəli gələn bir əlamətə – ahəng qanununa malikdir ki, həm
leksik, həm də qrammatik səviyyədə özünü göstərməklə sözün fonomorfoloji
təşkilində mühüm rol oynayır.
Flektiv dillərdəkindən fərqli olaraq, söz kökünün istər məzmun,
istərsə də formaca müstəqilliyi, cümlənin sintaktik buxovlarından asılı
olmaması, söz düzəl dici (eləcə də sözdəyişdirici) şəkilçilərin fonetik
quruluşunda heç bir təbəddülat yaratmadan kökün sonuna ardıcıl qaydalarla
əlavə olunması da türk (Azərbaycan) sözünün lüğətlərdə rahat əksini
təmin etməkdədir. Onu da qeyd etmək lazımdır ki, yalnız türk mənşəli
deyil, ərəb, fars və Avropa mənşəli flektiv alınmalar da Azərbaycan
dilində məhz iltisaqi leksik-qrammatik tələblərə uyğun yerləşdirilir.
Bununla belə, təcrübə göstərir ki, alınmaların lüğətdə əksi istər
məzmun, istərsə də forma planında çox ciddi mübahisələr doğurur.
Məzmun planında ortaya çıxan mübahisələr alınma sözün nə dərəcədə
“legitim” olub-olmamasından irəli gəlir. Çünki dil daşıyıcıları əcnəbi
20