Page 22 - orfoqrafiya_lugeti
P. 22

Dilin təfəkkür qarşısında “kasıblığı” onu (dili) məcbur edir ki, çoxlu
               qeyri-adekvat  sözlər,  ifadələr  “uydursun”.  Bu  isə,  təbii  ki,  lüğətçini
               hansı  vahidin  “saf”,  hansının  “saxta”  olduğunu  seçib  ayırmaq  kimi  o
               qədər də sadə olmayan bir problem qarşısında qoyur.
                   Söz lüğətə daxil edilərkən ən böyük çətinlik törədən məqamlardan
               biri onun dil işarəsi olaraq ümumi natamamlıq “kompleks”i daşımasıdır.
               Görkəmli  dilçi  Emil  Benvenist  göstərir  ki,  “dil,  hər  şeydən  əvvəl,
               kateqoriyalaşdırmadır”. Bu isə o deməkdir ki, söz işarəsi eyni zamanda
               funksional-semantik və qrammatik qruplaş dırmanın müxtəlif həcm və
               dərəcə ümumiləşdirmələri ilə səciyyələnir.
                   Görkəmli  semiotik  Çarlz  Uilyam  Morris  isə  haqlı  olaraq  belə  bir
               qənaətə  gəlmişdir  ki,  işarə  öz  təbiəti  etibarilə  interpretator  kimi  çıxış
               edən dil daşıyıcılarının interpretasiyasıdır.
                   Həm dilçinin, həm də semiotikin mülahizələrindən aydın görünür ki,
            AZƏRBAYCAN DİLİNİN ORFOQRAFİYA LÜĞƏTİ
               sözü nitqdən, diskursdan, mətndən (deməli, onu işlədənlərin praqmatik
               münasibətindən) kənarda alıb dəyərləndirmək, ona ən müvafiq məna-
               məzmunu belə şamil etmək şərtidir. Ən azından ona görə ki, bu və ya
               digər  lüğəti  tərtib  edən  şəxs  də  hər  nə  qədər  hazırlıqlı,  əhatəedici,
               obyektiv  olsa  belə,  dil  daşıyıcısı  kimi  öz  interpre ta torluq  (eyni  sözü
               müxtəlif məna çalarlarında təqdim etmək) missiya sından imtina eləmək
               gücündə deyil.
                   Sözlər yalnız leksik mənasına (semantikasına) deyil, həm də qrammatik
               (morfoloji) mənsubiyyətinə görə təsnif olunur. Və odur ki, lüğətdə hər
               nə qədər sözün semantikası ön plana çəkilsə də, praktik olaraq, leksik-
               qrammatik söz qrupları üzərində əməliyyat aparılır. Azərbaycan dili bu
               baxımdan, təbii ki, yenə də iltisaqi quruluşun xarakterindən irəli gələrək
               bir  sıra  xüsusiyyətlər  nümayiş  etdirir  ki,  onlardan  birincisi  müəyyən
               sözlərin  bu  və  ya  digər  nitq  hissəsinə  mənsubluğunu  bildirən  formal
               əlamətin olmamasıdır. Məsələn, yaxşı, gözəl, maraqlı və s. sözlərin sifət
               və ya zərf mövqeyində işləndiyi yalnız kontekstlə təyin edilir.
                   Dahi  Ferdinand  de  Sössür  XX  əsrin  əvvəllərində  demişdir  ki,  hər
               hansı səviyyəyə (fonoloji, leksikoloji və qrammatik) mənsub dil vahidləri
               barədə bəhs edərkən onlara qeyri-müəyyən münasibətlə kifayətlənmişlər.
               Lev  Vladimiroviç  Şerba  da  israr  edirdi  ki,  “ayrıca  bir  söz  anlayışı...
               cümlə anlayışı kimi dilçiliyin ən mübahisəli anlayışlarındandır”. Görkəmli
               dilçi-fonetist bildirirdi ki, “az və ya çox yayğın semasioloji təsəvvürlərin
               müəyyən  nüvəsi  sayılmaqla  həmişə  belə  aydın,  mübahisəsiz  görünən
               sözün səs tərəfinin özü, sən demə, elə də az yayğın və qeyri-müəyyən

                 22
   17   18   19   20   21   22   23   24   25   26   27