Page 23 - orfoqrafiya_lugeti
P. 23
deyilmiş”. Ona görə də “dilin mexanizmində nə isə mərkəzi hadisə” (F.
de Sössür) kimi qəbul olunan söz müasir dilçilik ədəbiyyatında heç də
birmənalı olaraq səviyyə yaradan vahid sayılmır. L.V.Şerba isə israrında
davam edərək yazır: “Əslində, söz nədir? Mənə elə gəlir ki, müxtəlif
dillərdə o, müxtəlif cür olacaqdır. Buradan isə belə çıxır ki, “ümumən
söz” anlayışı mövcud deyil”.
Doğrudur, burada müxtəlifliyin meyarı kimi, ilk növbədə, dillərin
tipoloji quruluşu əsas alınır, ancaq eyni tipoloji quruluş daxilində də
sözün nə dərəcədə “söz” anlayışına uyğun gəldiyi elə də aydın deyil.
Məsələn, Azərbaycan dili lüğətlərində feillər ilkin olaraq iki formada
qeydə alınır ki, onlardan birincisi, köhnə terminlə desək, “məsdəri-xəfif”
şəkilçisi ˗ma, ˗mə, ikincisi isə məsdər şəkilçisi ˗maq, ˗mək ilə bitən
formadır. Həmin formaların bilavasitə söz yaradıcılığı prosesində iştirakı
məlumdur (məsələn: çax – çaxmaq, qaz – qazmaq, cır – cırmaq, dol –
dolma, yax – yaxma, süz – süzmə və s.), ancaq bu cür iddiada olmayan
variantlarından birincisi lüğətlərə düşmək hüququnu ona görə qazanmışdır
ki, o, leksik-qrammatik söz qrupu olaraq ümumən feili təmsil edir;
ikincisinə gəldikdə isə onun nə dərəcədə “söz” anlayışı tələblərinə cavab
verməsi (eyni zamanda yazma, yazılma, yazdırılma, yazışma... tipli söz
yaradıcılığı imkanlarının modelləşdirici ünsürü olaraq Azərbaycan dilinin
orfoqrafiya lüğətində ardıcıl yer zəbt eləməsi) şübhə doğurmaya bilməz.
Əlbəttə, burada söhbət lüğətlərdə Azərbaycan dili leksikonunun AZƏRBAYCAN DİLİNİN ORFOQRAFİYA LÜĞƏTİ
st ruk tur- se mantik sisteminin doğru-düzgün əks etdirilməsi cəhdlərindən
(etiraf edək ki, bu cür cəhdlər XX əsrin ortalarından sonra elə də intensiv
olmamışdır) daha çox, dilin özünün təbiətini – türk iltisaqi quruluşunun
özünəməxsusluğunu nəzərə almamaq dan gedir.
Şübhəsiz, orfoqrafiya lüğətinin çoxsaylı problemləri içərisində ən
mühüm lərindən biri də söz yaradıcılığıdır ki, özünün həm morfoloji,
həm də sintaktik təzahürlərində həm ümumi nəzəri baxışın
təkmilləşdirilməsini, həm də hər bir lüğət “söz”ünə konkret izah-
münasibət tələb edir. Və xüsusi olaraq göstərmək lazımdır ki, orfoqrafiya
lüğətlərini tərtib edərkən nəzərdən keçirilən mətnlər tərtibçilərə sözü
yalnız dil standartlarına deyil, həmçinin nitqin okkozional (üslubi) maraq -
larına uyğun şəkildə verir. Ona görə də dillə nitqi ayırmağa çətinlik
çəkən, daha konkret desək, nitq vahidini dil vahidi adına lüğətə gətirən
tərtibçi külli miqdarda qondarma okkozional birləşmələrə (məsələn:
gecə-gündüzbilmədən, dabanqırdıqaçma, tələsibtəndirədüşmə və s.)
“mürəkkəb söz” statusu qazandırmağa çalışır. Bu isə dilin işarəvi dəqiqliyi
23