Page 25 - orfoqrafiya_lugeti
P. 25

mənəvi varlığımızın aşağılanmasına yönələn dağıdıcı proses olduğunun
           acı həqiqəti ilə üzləşmək məcburiyyətində qaldıq”.
               Məlum  olduğu  kimi,  Azərbaycan  dilinin  ilk  orfoqrafiya  lüğəti  –
           “İmla lüğəti” hər nə qədər “kasıb” leksik material bazası əsasında (on
           mindən bir az artıq söz) hazırlansa da, Vəli Xuluflu başda olmaqla onun
           tərtibçiləri öz vəzifələrinə tarixi məsuliyyətlə yanaşmış və buraya müasir
           dil  üçün  artıq  səciyyəvi  olmayan,  yalnız  klassik  ədəbiyyatın  dilində
           işlənən sözlər ona görə daxil edilmişdi ki, həmin ədəbiyyat latın əlifbası
           ilə  nəşr  olunarkən  düzgün  yazılış  qaydaları  gözlənilsin.  Əgər  30-cu
           illərdə Azərbaycanın ən görkəmli dilçiləri (o cümlədən də “İmla lüğəti”nin
           müəllifi)  repressiyaya  məruz  qalmasaydılar,  türk  (Azərbaycan)  dilinə
           (və dilçiliyinə) qarşı sovet ideologiyasının antitürk mahiyyətli təcavüzü
           baş  qaldırıb  get-gedə  daha  dözülməz  xarakter  almasaydı,  40-cı,  50-ci
           illərdə Azər baycan lüğətçiliyi sahəsindəki axtarışlar rus sovet lüğətçiliyinin
           “ustanovka”sı altında getməsəydi, yəqin ki, nisbətən rahat nəfəs alındığı
           sonrakı illərdə həmin strateji işə bu qədər məsuliyyətsiz yanaşılmaz, son
           dərəcə acınacaqlı “ənənə” meydan sulamazdı.
               Afaq Məsud Nəsimi adına Dilçilik İnstitutunun 2004, 2013-cü illərdə
           nəşr etdiyi orfoqrafiya lüğətləri üzərindəki müşahidə, təhlil və araşdırmaların
           nəticələri  barədə  bildirir  ki,  “əvvəlki  lüğətlərdə  yer  almış  minlərlə
           arxaikləşmiş,  qeyri-işlək  ərəb,  fars  sözlərinin  bu  nəşrlərdə  də  olduğu
           kimi saxlanıldığı, minlərlə sözün orfoqrafiya lüğəti formatına zidd olan AZƏRBAYCAN DİLİNİN ORFOQRAFİYA LÜĞƏTİ
           iki, bəzən üç variantda, minlərlə sözün tamamilə səhv yazılışda verildiyi,
           regional dialektlərə, loru ifadələrə gen-bol yer ayrıldığı, söz ehtiyatımızın
           mindən çox heç bir anlam kəsb etməyən car-car, car-cur, cur-cur, danq-
           dunq, dız-dız, vıj-vıj, vıj-qıj, zaranq-zaranq kimi səs təqlidi və onlara
           dair lüzumsuz törəmələrlə, eləcə də bir neçə sözdən düzəldilərək əcaib
           mənalar qazanmış ağızdandolma, cırtacırtetmə, cız-vızetmə, cövlanaçıxma,
           çəpikolma,  dəyməağlarlıq,  dibdəndüşmə,  dır-dıretmə,  dit  etmək,  dız-
           dızoynama, əvəzedilməzsayılma, əzvayolma, fır-fırolma, gəzmələrdənolma,
           qalaq-qalaqoynama, qəzetbasdırma, tartan- partanyazma, təyyarəçi-kişi,
           vəzifəgöstərmə,  yumurtayadüşmə və  s.  bu  kimi  40  000-dən  çox  söz
           quramalarıyla “zən gin     ləş    dirildiyi” araşdırma işlərinin ilkin mərhələlərində
           müəyyən edildi”.
               “Ön söz” müəllifi oxucuları yeni orfoqrafiya lüğəti üzərindəki işin
           necə  başlanması  barədə  ona  görə  təfsilatı  ilə  məlumatlandırır  ki,  o
           zamana qədər yol verilmiş səhvlərin yalnız mənzərəsi deyil, “texnika”sı
           da aydınlaşmış olsun:

                                                                         25
   20   21   22   23   24   25   26   27   28   29   30